Gündəm / Siyasət / Ölkə / Bölgə

Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib

19.11.2026 20:54 138
Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib


“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Zəngilan rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş “34 illik siyasi yol: Dövlətçilik, milli birlik və güclü Azərbaycan naminə” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Giriş sözü ilə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə keçirilən tədbir partiyamızın zəngin siyasi tarixinin, dövlətçilik ənənələrinə sədaqətinin və milli birliyimizin növbəti təzahürüdür. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ölkəmiz qarşısında yeni inkişaf mərhələsinin vəzifələri dayanır və YAP bu prosesdə öz siyasi məsuliyyətini uğurla yerinə yetirir.
Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə təbrik edərək Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və xalqın ona olan inamı əsasında formalaşan Yeni Azərbaycan Partiyasının bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi möhtəşəm nailiyyətlərin siyasi dayaqlarından biri olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən partiya veteranı Hikmət Hüseynov və partiya fəalı Vüsalə Əliyeva Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinin ölkəmizin ictimai-siyasi həyatında mühüm tarixi mərhələ təşkil etdiyini vurğulayıblar. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və dövlətçilik ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar təqdim edilib.
Eyni zamanda 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının sədri Əli Mönsümova 70 illik yubileyi münasibətilə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının, YAP Zəngilan rayon təşkilatının və Rayon Ağsaqqallar Şurasının sədrinin Fəxri Fərmanları və xatirə hədiyyələri təqdim olundu.
Tədbir Yeni Azərbaycan Partiyasının Himnin səsləndirilməsi ilə yekunlaşıb.