Gündəm / Siyasət / Ölkə / Dünya

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib

19.11.2026 20:49 23
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib.

Millixeber.az bu barədə yerli saytlara istinad edir.

Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının ədliyyə naziri Hoanq Than Tunq və digər rəsmi şəxslər qarşılayıblar.