BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda keçirilməsi, dünyanın 200-ə yaxın ölkəsindən rəsmi şəxslərin bu tədbirdə iştirak etməsi mühüm hadisədir. Tədbir çərçivəsində keçirilən görüşlər, qəbul olunan qərarlar və əldə olunan razılaşmalar dünyanın ekoloji problemlərinin həllinə yönəlib ki, bu razılaşmada rəsmi Bakının rolu böyükdür.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP 29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlükdən sonra xarici siysətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.
Azərbaycan Resöublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Cənab Prezident Liderlər Sammitinin aşılış mərasimində çıxış etdi. Dövlətimizin başçısı çıxışında bir sıra mühüm məqamlara toxundu. Bildirdi ki, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük.Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren ölkəyə çevrilib. Ölkəmiz artıq yüksək beynəlxalq nüfuza malikdir. Həyata keçirilən praqmatik strategiya ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edib. Bütün bunların şah damarını isə heç şübhəsiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı Qələbələr təşkil edir. Ölkəmizin dünayda qalib ölkə, xalqımızın isə qalib xalq kimi beynəlxalq aləmdə təmsil olunması əldə olunan müvəffəqiyyətlərin dinamik inkişafına əsaslı surətdə təsir etmə mexanizminə malik olmuşdur. COP 29 konfransı zamanı, Azərbaycan öz zəngin mədəni irsini və təbii gözəlliklərini nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlıq və yaşıl texnologiyaların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim etdi. Ölkəmizin bu möhtəbər tədbirə— COP29-a ev sahibliyi etməsi ölkəmizin ekoloji müstəvidə yürütdüyü effektiv siyasət, bu sahədə əldə etdiyi böyük uğurudur. Məhz bu uğurlar Azərbaycanın belə bir konfrans üçün ən uyğun yer olduğunu göstərir. COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin
uzaqgörən və müdrik siyasətin nəticəsi və respublikamızın dünyadakı yüksək nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev noyabrın 11-də COP29-un açılış mərasimində qeyd etdi ki, bu tədbirin Azərbaycanda keçirilməsi respublikamıza olan ehtiramın və hörmətin əlamətidir: “Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”. Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində
çıxışı zamanı "Azərbaycan dövləti dörd il əvvəl 44 günlük Vətən müharibəsində və bir il öncə birgünlük antiterror əməliyyatında tam müstəqilliyini, suverenliyini bərpa etməklə, təkcə öz adımızı yox, BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə haqq qazandırdı" fikri, qətiyyət və qürur hissi ilə "Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq..." deməsi dünyanın tərəqqipərvər insanlarında, xaricdə yaşayan soydaşlarımızda qürur hissi doğurdu, sayılıb-seçilən dövlət başçılarının, siyasi qurumların gözündə Azərbaycanı sözü imzası qədər qanuni və dəyərli olan ölkə kimi tanıtdı. Gərgin müzakirələr, tarixi qərarların qəbulu ilə yadda qalan COP29-a evsahibliyi ilə Azərbaycan bir daha sübut etdi ki, ölkəmiz qlobal əhəmiyyətə malik məsələlərin müzakirəsi üçün ideal platformadır. Liderlər, diplomatlar və iqlim mütəxəssisləri saatlarla davam edən danışıqlarda ədalətli və davamlı razılaşma əldə etmək üçün müzakirələr apardılar. Sammitdə əsas hədəflərdən biri yoxsul ölkələrə iqlim maliyyəsinin ayrılması idi. Gərgin keçən bu prosesin sonunda qəbul edilən razılaşma iqlim dəyişikliyi ilə mübarizədə tarixi addım kimi qiymətləndirildi.COP29-un son günü - noyabrın 24-ü səhərədək davam edən Bakı sammiti yalnız möhtəşəm təşkilati səviyyəsi ilə deyil, həm də Azərbaycanın enerji keçidi və
davamlı inkişaf sahəsində liderlik etməyə hazır olduğunu göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə beynəlxalq səviyyədə təriflər qazandı, qlobal əməkdaşlığın mərkəzinə çevrildi və bu da Azərbaycanın beynəlxalq aləmdə
nüfuzunu daha da artırdı. Yüksək təşkilatçılıqla keçirilən COP29 Azərbaycanın qlobal miqyasda nüfuzunu artırmaqla, daxili sabitliyini daha da möhkəmləndirən tarixi bir hadisədir. Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin bir vaxtlar söylədiyi"Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq" kəlamı bu günümüzün reallığı olmaqla yanaşı, onun uzaqgörənliyinin real təsdiqidir. Həqiqətən də bu gün Azərbaycan tarixinin ən qüdrətli dövləti kimi dünyaya səs salır.Bizlər də xoşbəxt vətəndaşlarıq ki, ölkəmizin dünyaya günəş kimi doğmasının canlı şahidiyik. Bu gün əldə etdiyimiz bütün uğurlar bunu bir daha sübut edir. Xalqın dövlətimizin başçısına tam etimad göstərməsi, onun nəyi, necə və nə zaman etməsi ilə bağlı müdrikliyinə inanması bu tədbirin ümummilli uğura çevrilməsinə zəmin yaratdı. Prezident İlham Əliyevin COP29-da etdiyi çıxış ölkə həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıdı. İlham Əliyev çıxışında Ermənistanın işğalçılıq siyasətini və onun ağır fəsadlarını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, bu işğalın yalnız Azərbaycan üçün deyil, regional sabitlik üçün də yaratdığı təhlükələri ön plana çəkdi. Bu, Azərbaycanın ədalətli mövqeyinin dünya səviyyəsində daha geniş anlaşılmasına və dəstək qazanmasına mühüm töhfə verdi.
Ümumilikdə COP29 Azərbaycana dünya miqyasında yüksək hörmət qazandırmaqla yanaşı, ölkəmizin iqlim siyasətindəki fəallığını və beynəlxalq
arenada güclü mövqeyini bir daha göstərib. Bu tədbir iqlim dəyişikliyi ilə mübarizəyə dair dünya liderlərinin bir araya gəlməsi üçün vacib bir platforma
olmaqla yanaşı, həm də Azərbaycanın dünya miqyasında artan nüfuzunun təntənəsidir.
Xalqın dövlətimizin başçısına tam etimad göstərməsi, onun nəyi, necə və nə zaman etməsi ilə bağlı müdrikliyinə inanması bu tədbirin ümummilli uğura çevrilməsinə zəmin yaratdı. Prezident İlham Əliyevin COP29-da etdiyi çıxış ölkə həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıdı. İlham Əliyev çıxışında Ermənistanın işğalçılıq siyasətini və onun ağır fəsadlarını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, bu işğalın yalnız Azərbaycan üçün deyil, regional sabitlik üçün də yaratdığı təhlükələri ön plana çəkdi. Bu, Azərbaycanın ədalətli mövqeyinin dünya səviyyəsində daha geniş anlaşılmasına və dəstək qazanmasına mühüm töhfə verdi.
COP29 Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi növbəti qələbə, növbəti uğuru oldu. Azərbaycan dünya miqyasında öz sözünü bir daha dedi, etibarını bir daha təsdiqlədi, qlobal tendensiyalara növbəti töhfəsini verdi.
Azərbaycanın təşkilatçılığı ilə COP29-un uğurlu baş tutması və yekunda önəmli nəticələrin əldə olunması dövlətimizin qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.
COP29-a ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi
qiymətləndirmək olar.
Noyabrın 11-də başlayan COP29 ən yüksək səviyyədə keçirildi. Tədbirə gələnbütün qonaqlar nümunəvi təşkilatçılığa şahidlik etdilər. Ölkəmizə 200-ə yaxın ölkədən təşrif buyuran xarici qonaqlar həm təşkilatçılığın olduqca yüksək səviyyədə olduğunu, həm onların mehribanlıqla qarşılandıqlarını, xalqımızın qonaqpərvərliyini xüsusi qeyd etdilər. Onlar həm də Bakının gözəlliyinə heyran olduqlarını bildirdilər. Beləliklə, COP29-un timsalında Azərbaycanın nümunəvi təşkilatçılığı və Bakının beynəlxalq tədbirlərin ən ideal ünvanlarından biri olduğu bir daha öz təsdiqini tapdı.
COP29 Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi növbətiqələbə, növbəti uğuru oldu. Azərbaycan dünya miqyasında öz sözünü bir daha dedi, etibarını bir daha təsdiqlədi, qlobal tendensiyalara növbəti töhfəsini verdi. Azərbaycanın təşkilatçılığı ilə COP29-un uğurlu baş tutması və yekunda önəmli nəticələrin əldə olunması dövlətimizin qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.


Qəribə Məmmədova, ADPU- nin Xarici Dillər Mərkəinin dosenti,f.ü.f.d

Son xəbərlər

Vahid Tağıyev: Böhtan və təhqirlər fonunda təmkin və ləyaqət

Məktəblilərin qış tətili başlayır

Vüsalə buna görə efirə çıxmır

Misir Mərdanova bu vəzifə təyin edildi

Uzunmüddətli və sistemli dövlət siyasətinin məntiqi nəticəsi

Gecə və səhər yollar buz bağlayacaq

Prezidentdən master-klass: İrəvandan "Ondan sonra danışmaq çətindir" etirafı

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Pakistanda 20 Yanvar şəhidlərinin anım günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

Peruda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib

Ceyhun Bayramov ilə Marko Rubio arasında Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib

Abşeronda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib

20 Yanvar: Qanla yazilan tarix, qürurla yaşadilan yaddaş

A Seriyası: “Milan”dan qələbə

Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi

Afaq Bəşirqızı uzun müddət sonra qayıdır

"Xəzər Dəniz Gəmiçiliyi”nə yeni sədr təyin edildi

Ekspert : Azərbaycan İsrail ilə Türkiyə arasında münasibətlərdə mühüm vasitəçi ola bilər

Azərbaycanın gənc xanım rektoru

Zamin Zeynal müasir rəqəmsal mühitdə uşaqların təhlükəsizliyində maarifləndirmənin rolundan DANIŞIB

Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq

Dövlət proqramının icrası nəticəsində Bakı və Abşeronda tarixi əhəmiyyətli layihələr həyata keçiriləcək - RƏY

SON DƏQİQƏ! Raketlər HAZIR VƏZİYYƏTƏ gətirildi - İrana hər an hücum edilə bilər

Pərvanə Vəliyeva: Su təminatında beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmalar tətbiq edilir

Elnarə yenə adını "dəyişdi"

Böhran qapıdadır: Azərbaycanın qabaqlayıcı addımları - Şərh

Deputat: Ötən ili xarici siyasətimizin uğurları baxımından tarixi il kimi dəyərləndirə bilərik

Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə görüşüb

İrandakı iğtişaşlarda ölənlərin sayı açıqlandı

Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib

Pakistanlı ekspert: Azərbaycan yaşıl enerjidə liderlik üçün bütün ilkin şərtlərə malikdir

Əhməd İsmayılov: Dezinformasiya ilə mübarizə Azərbaycan üçün həmişə prioritet olaraq qalacaq

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - FOTO

Bütün xəbərlər