Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən bərpa olunması müzakirə edilib.

Bu barədə qonşu ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumata görə, Gürcüstanın Baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkədə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüş keçirib. Görüşdə nəqliyyat sahəsində əməkdaşlıq, əsas istiqamətlər, gələcək prioritetlər, cari layihələr barədə fikir mübadiləsi aparıblar.

L.Davitaşvili bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri məhz nəqliyyat sahəsidir və bu səbəbdən hər il görüşlər keçirilərək il ərzində görüləcək işlər müzakirə edilir. Onun sözlərinə görə, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi məsələsi də müzakirə olunub və bu il layihənin son mərhələsinin istismara veriləcəyi planlaşdırılır. Bundan əlavə, Gürcüstan və Azərbaycan arasında bu infrastrukturun idarə edilməsi üçün yaradılmış birgə müəssisə haqqında da danışıqlar aparılıb.

İqtisadiyyat və davamlı inkişaf nazirliyində keçirilən görüşdə Gürcüstan tərəfdən nazir müavini Quram Quramişvili, "Marabda-Kartsaxi" MMC-nin rəhbəri Levan Kankava, "Gürcüstan Dəmir Yolları"nın rəhbər şəxsləri, Dövlət Əmlakının Milli Agentliyinin direktoru İrakli Şengeliya iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə isə nazir Rəşad Nəbiyev başçılıq edib. Görüşdə həmçinin "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Tərəflər Orta Dəhlizin artan roluna xüsusi diqqət yetirib və onun rəqabət qabiliyyətinin artırılması, əlavə yüklərin cəlb olunması üçün görülən tədbirləri müzakirə ediblər. Bildirilib ki, bu proses hər iki ölkəyə əlavə dəyər yaratmaq imkanı verəcək. Görüşdə həmçinin Gürcüstan və Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsinin 1 may 2025-ci ildən etibarən bərpası məsələsi müzakirə olunub.

"Bu dəmir yolu əlaqəsi bizim turizm sektorumuz üçün çox vacibdir. Azərbaycanlı həmkarımla görüşdə biz həmçinin bu ilin yükdaşımaları ilə bağlı proqnozları müzakirə etdik. Əsas məqsədimiz maksimum koordinasiya ilə regional və beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli olmaqdır," - deyə L.Davitaşvili vurğulayıb. //Report

Son xəbərlər

Qızıl iqtisadiyyatda sadəcə qiymətli metal deyil. O, eyni zamanda ehtiyat, investisiya, riskdən qorunma və etimad alətidir

Professor Dilqəm Quliyevin Azadlıq və Zəfər Salnaməsi

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Bütün xəbərlər