Məlum olduğu kimi bu ilin yanvar ayında Azərbaycanda təbii qazın tarifləri artdı. 1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7 %) artırılıb.



Bu günlərdə bir qrup vətəndaş tərəfindən redaksiyamıza müracət ünvanlanıb. Vətəndaşlar bildirirlər ki, hələ mart ayının əvvəli olmasına baxmayaraq "Azəriqaz" İstehsalat Birliyi tərəfindən vətəndaşlara təbii qazın ödənişi ilə bağlı borc qəbzi göndərilir. Həmçinin təbii qaza olan borcun məbləği çoxdur. Yəni, qaz pulu həddən artıq yazılır. Vətəndaşlar onu da iddia edirlər ki, təbii qazın təzyiqi də son vaxtlar xeyli aşağı düşüb.



Həyət evində yaşayan vətəndaşlar və MTK sakinlərinin bir çoxu deyir ki, hazırda onların təbii qaz limiti keçib. Əhalinin bununla bağlı müxtəlif sosial şəbəkələrdə etirazları var. Ümumiyyətlə qaz limitinin artırılması gözlənilirmi? Qiymət artımı barədə hər hansı bir dəyişiklik olacaqmı? Vətəndaşların bildirdiyi təbii qaza olan borc miqdarının artması nə ilə bağlıdır?



Mövzu ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Referans.az- a açıqlamasında vətəndaşların sözügedən müraciətləri ilə bağlı məsələyə münasibət bildirib. O vurğulayıb ki, həmin müraciətlər yəqin ki, bir neçə gün bundan əvvəl olunub. Nəinki “Azəriqaz” İstehsalat Birliyinin tərəfindən ümumiyyətlə heç bir xidmət sahəsi tərəfindən 4-5 günün sərfiyyatı ilə bağlı abonentə bildiriş verilsin. Burada məsələ ondan ibarətdir ki, növbəti ayın əvvəlində göndərilən bildirişlər ötən ayda istifadə olunan qaz sərfiyyatının borcuna görədir.



“Azəriqaz” İstehsalat Birliyinin rəsmisi həmçinin bildirişlərdə sərfiyyatla bağlı məbləğlərin çox olması məsələsinə də fikir bildirib. O qeyd edib ki, siz də bilirsiniz ki, son bir ayda Azərbaycanda havanın temperaturu həddən artıq və kəskin şəkildə aşağı düşdü. Belə vəziyyətlərdə isə istehlak olunan qazın həcmi isə avtomatik olaraq artır. Qaza olan tələbat artdığı üçün sərf olunan qaz da çox olur. Bunun yeganə səbəbi yalnız bu məsələ ilə bağlıdır. Bir də hər bir vətəndaş üçün ADS bazası adlı bir baza mövcuddur. Hər bir abonent bu baza vasitəsi ilə ödənişlər və sərfiyyatla bağlı bütün məlumatları əldə edə bilər. Hətta ötən illərdəki məlumatları da təhil edə bilər.







Eldəniz Vəliyev eyni zamanda onu da bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi xidmət sahəsi olduğu üçün qaz limitləri ilə bağlı təqdim olunan qaydalara əsasən xidmət göstərir. Limit və tarif məsələlərini biz müəyyən etmirik. Qaz təzyiqinin aşağı düşməsi ilə bağlı isə onu bildirmək istərdim ki, “Azəriqaz” İstehsalat Birliyi hər il mayın 1- dən noyabr ayının 1 - ə qədər payız-qış mövsümünə hazırlıq prosesini icra edir. Bu prosesdə yeraltı xətlərin yerüstü dayaqlar üzərinə qaldırılması, karruziyaya uğramış boru xətlərinin yeniləri ilə əvəz olunması boyama işləri, şkafların sazlığının yoxlanılması və sızma hallarının vaxtında aşkar edilib qarşısının alınması icra olunur. Bütün bunlar ondan ötrüdür ki, qış mövsümdə abonentlər təhlükəsiz şəkildə qazla təmin olunsunlar.



"Normal təzyiqin verilişi də məhz görülən işlərin müqabilində mümkün olur. Ümumilikdə isə biz payız və qış aylarında təzyiqlə bağlı müraciətlərlə qarşılaşmamışıq. Lokal olaraq təzyiqin aşağı olması faktları olub. Bu ya bizim nümayəndələr tərəfindən aşkar edilib ya da vətəndaşların müraciəti əsasında baş verib. Bu məsələlərə də dərhal ciddi şəkildə reaksiya vermişik və problem aradan qaldırılıb", - deyə Eldəniz Vəliyev əlavə edib.

Son xəbərlər

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Bütün xəbərlər