Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa ediləcək.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Hazırda sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də Gürcüstandan sonra digər qonşu ölkələrlə də quru yolunun açılıb-açılmayacağıdır. Bakı–Tiflis istiqamətində qatar reyslərinin fəaliyyətə başlaması iki ölkə arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından vacib addımlardan biridir.

Maraqlıdır, Gürcüstandan sonra hansı ölkələrlə sərnişindaşıma prosesi bərpa oluna bilər?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev News24.az-a açıqlamasında bildirib ki, qonşu ölkələrlə quru sərhədlərinin açılması hər kəs üçün mühüm əhəmiyyət kəsb edir.



O, xüsusilə qatar sərnişindaşımalarının bərpasının vacibliyini vurğulayıb:



“Bizim vətəndaşlar üçün ən çox maraq doğuran məsələlərdən biri qonşu ölkələrlə dəmir yolu nəqliyyatının bərpa olunmasıdır. Artıq verilən rəsmi açıqlamalardan belə görünür ki, Bakı–Tiflis qatar reysi yaxın zamanda fəaliyyətə başlayacaq. Bunun may ayında reallaşması gözlənilir və ümid edirik ki, bu, tezliklə həyata keçiriləcək. Hazırda Azərbaycanın bir çox rayonlarından Gürcüstana sərnişin daşınması həyata keçirilir. Bu tendensiya davam edərsə, gələcəkdə digər qonşu ölkələrlə də bu əlaqələrin genişlənəcəyini proqnozlaşdıra bilərik”.



Deputat həmçinin vurğulayıb ki, Gürcüstanla sərnişindaşımanın bərpasından sonra Bakı-Moskva və Bakı-Qars istiqamətlərində də qatar reyslərinin fəaliyyətə başlaması mümkün ola bilər:



“Böyük ehtimalla, Gürcüstandan sonra Rusiya ilə, ən azından Bakı-Moskva qatar reysinin bərpası gündəmə gələcək. Əgər proseslər planlaşdırıldığı kimi gedərsə və təhlükəsizlik məsələləri tam həll olunarsa, bu istiqamətdə də addımlar atıla bilər. Əvvəllər bu reyslər fəaliyyət göstərirdi, indi isə onların yenidən işə düşməsi gündəmdədir”.



Deputat Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin hazırda əsasən yük daşımaları üçün istifadə edildiyini qeyd edərək, bunun gələcəkdə sərnişindaşıma məqsədilə də aktivləşdirilə biləcəyini bildirib:



“Bakı–Tiflis–Qars dəmiryolu xətti əsasən yükdaşımalar üçün istifadə olunur. Amma gələcəkdə sərnişindaşımaların da burada işə düşməsi planlaşdırılır. Əgər Gürcüstanla sərnişindaşıma uğurlu alınarsa, növbəti addım olaraq həm Rusiya, həm də Türkiyə istiqamətində qatar reyslərinin bərpası mümkün olacaq. Bu proses tədricən həyata keçiriləcək və ümid edirik ki, bu il ərzində ən azı Gürcüstanla sərnişindaşıma tam gücü ilə bərpa olunacaq”.



Naqif Həmzəyev əlavə edib ki, Bakı–Tiflis reysinin açılması ilə vətəndaşlar daha rahat və sərfəli nəqliyyat imkanlarına sahib olacaq:



“Hazırda avtobus və şəxsi avtomobillərlə səfər edən sərnişinlər üçün qatar nəqliyyatı daha təhlükəsiz və komfortlu alternativ olacaq. Bundan əlavə, gələcəkdə Bakı-Moskva və Bakı-Qars reyslərinin bərpa olunması turizm və ticarət sahəsində də müsbət dəyişikliklərə yol aça bilər”.

Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər