Binəqədi bələdiyyəsinin sədrinin köməkçisi işləmiş şəxs dələduzluq əməli törədib.

Resmi.media xəbər verir ki, məlumata görə, Pərvin adlı həmin şəxs tanışı A.S. adlı xanımın 17 000 manatını ələ keçirib. Sonradan pulun 10 000 manatını geri qaytarıb.

O, A.S.-ya Binəqədi bələdiyyəsində iş vəd edib. Daha doğrusu, onu ayda 500 manat əmək haqqı müqabilində işə “düzəldib”. Hətta birinci ay ona 250 manat “maaş” da verib.

Bundan başqa, Pərvin A.S.-nın anasının məzarını təmir etdirəcəyini, mərmər daş qoyacağını vəd edib və buna görə zərərçəkmişdən 3000 manat alıb.

Zərərçəkmiş ifadəsində onu da qeyd edib ki, Pərvin Rafael Cəbrayılov adlı dayısının olduğunu və general rütbəsi daşıdığını deyib. O, problemləri həmin dayısının köməyi ilə həll etdiyini bildirib.

Bu əməlləri törədən bələdiyyə sədrinin keçmiş köməkçisi zərərçəkmişin şikayəti əsasında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham edilib və barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətiimkan tədbiri seçilib. İbtidai istintaq bitdikdən sonra iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb.

Pərvin məhkəmə prosesində ittihamları qəbul etmədiyini, zərərçəkənin yalan ifadə verdiyini bildirib. İşdə adı keçən Binəqədi bələdiyyəsinin hüquq şöbəsinin Eldar adlı müdiri isə məhkəməyə ifadəsində zərərçəkmişin qismən doğru danışdığını deyib. Prosesdə məlum olub ki, Pərvin Eldarı A.S.-ya mərmər sexi olan tanışı kimi təqdim edib.

Martın 3-də proses yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Pərvin 2 il müddətinə azadlığın məhhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirlənriilən şəxsin istintaq zamanı həbsdə saxlanıldığı 2 gün azadlığın məhdudlaşdırılmasının 4 gününə bərabər tutulub və ona təyin edilmiş cəzadan çıxılıb. Onun üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.//qaynarinfo

Son xəbərlər

BOKT-larda kredit faizləri niyə yüksəkdir? - İQTİSADÇI AÇIQLADI

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Tahir Mirkişili: Aqrar sektorun sənaye ilə inteqrasiyası üçün dəyər zənciri qurulmalıdır

Azərbaycanın bugünkü gücü uzunmüddətli dövlətçilik siyasətinin nəticəsidir

İlqar Ağabəyov: Prezident İlham Əliyevin VIII Qurultayda çıxışı Azərbaycanın qarşıdakı inkişaf prioritetlərini müəyyənləşdirir

Fazil Məmmədov nazir müavini təyin olundu

“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov

Gənclər milli sənət nümunəsini yaşadan və inkişaf etdirən iştirakçı olmalıdır - AÇIQLAMA

VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır

Ulu Öndərin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi

ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

ANS-in keçmiş işçisinə yüksək vəzifə verildi -YENİLƏNDİ

Hüseynova Sevinc: VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Bütün xəbərlər