Gündəm / Siyasət / Bölgə

DTX Qaxda əməliyyat keçirib- İcra başçısı saxlanılıb

20.06.2025 23:35 335
DTX Qaxda əməliyyat keçirib- İcra başçısı saxlanılıb


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax rayonunda əməliyyat keçirib.

Millixeber.az xəbər verir ki, ilkin məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və müavinləri saxlanılıb.

Bundan başqa, əməliyyat zamanı daha bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.

Qeyd edək ki, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin saxlanılması ilə bağlı ilk məlumatı "News24.az" yayıb