Şahin Seyidzadə: 26 İyun – Silahlı Qüvvələr Günü: Qürur mənbəyimiz olan ordumuzun şərəfli yolu


26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü xalqımız üçün sadəcə bir tarix deyil, bu gün ordu quruculuğumuzun təntənəli simvolu, milli gücümüzün və vətənpərvərliyin təcəssümüdür.

Müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün qoruyucusu olan Azərbaycan Ordusu bu gün regionda ən güclü və peşəkar silahlı qüvvələrdən biri kimi tanınır. Bu gücün əsasında isə Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu və Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət dayanır. Ulu Öndər Heydər Əliyevin hələ 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən sonra hərbi kadrların hazırlanması istiqamətində mühüm addımlar atılmış, ordu quruculuğu istiqamətində sistemli və davamlı işlərə başlanmışdır. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələrinin inkişaf tarixi məhz onun adı ilə bağlıdır. 1971-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına hərbi lisey gələcək peşəkar zabitlərin yetişməsində əvəzsiz rol oynamış, Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan gəncləri həm Bakıda, həm də SSRİ-nin digər hərbi məktəblərində hərb elmini öyrənmək imkanı əldə etmişlər. Müstəqilliyin ilk illərində ölkənin zəif idarəçiliyi fonunda nizami ordunun yoxluğu Ermənistanın təcavüzkar planlarının genişlənməsinə səbəb olmuşdu. Xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə dağınıq silahlı dəstələri ləğv edərək müasir və nizami ordunun formalaşdırılması üçün təməl addımlar atdı. 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasından sonra isə bu sahədə islahatlar daha da sürətləndi. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan olundu və həmin tarixdən bu gün rəsmi dövlət bayramı kimi qeyd olunur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin inkişafı yeni mərhələyə qədəm qoydu. Ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Həm şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığı artırıldı, həm də ordunun maddi-texniki təminatı gücləndirildi. Müasir döyüş texnikası ilə təminat, peşəkar hərbi kadrların hazırlanması və hərbi təlimlərin keçirilməsi nəticəsində Azərbaycan Ordusu regionda söz sahibi olan qüvvəyə çevrildi.
2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun ilk böyük uğuru kimi tarixə düşdü. Cəmi dörd gün ərzində düşmənin mövqelərinə ağır zərbə endirildi, minlərlə hektar ərazi işğaldan azad olundu. Daha sonra 2018-ci ildə Naxçıvanda Günnüt əməliyyatı çərçivəsində 11 min hektardan çox ərazi azad edildi və dövlət sərhədi boyu əlverişli mövqelər Ordumuzun nəzarətinə keçdi. Bütün bu uğurların kulminasiya nöqtəsi isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi oldu. 27 sentyabrda başlanan əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu xalqın dəstəyi, Müzəffər Ali Baş Komandanın qətiyyəti və strateji rəhbərliyi ilə böyük Zəfərə imza atdı. 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatla Ermənistanın kapitulyasiyası rəsmiləşdirildi və Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəsi ordumuzun peşəkarlığını və döyüş qabiliyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. 2023-cü ilin sentyabrında isə Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirlərini cəmi 23 saat 43 dəqiqə ərzində uğurla başa çatdırdı. Separatçı silahlı dəstələrin tərk-silah olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpası bir daha sübut etdi ki, müstəqil və güclü Azərbaycan Ordusu hər zaman ölkənin təhlükəsizliyini təmin etməyə qadirdir. 44 günlük müharibədən sonra əldə olunan təcrübə nəticəsində ordunun strukturuna yeniliklər daxil edilmiş, xüsusilə Komando briqadalarının yaradılması prioritet istiqamətə çevrilmişdir. Bu briqadalar yüksək döyüş və fiziki hazırlığa malik peşəkar hərbi qulluqçulardan ibarət olub, istənilən şəraitdə hərbi tapşırığın icrasına hazırdır. Komando hazırlığı üçün keçirilən ixtisas kursları beynəlxalq standartlara uyğun olmaqla bərabər, ekstremal şəraitlərdə döyüş bacarığına yiyələnməyə imkan verir. Azərbaycanın hərbi sənaye potensialı da son illərdə sürətlə inkişaf etmişdir. Yerli zavodlarda istehsal olunan pilotsuz uçuş aparatları, zirehli maşınlar və müxtəlif silahlar Ordumuzun döyüş qabiliyyətini artırmaqla yanaşı, ölkənin müdafiə sənayesində özünütəminetmə qabiliyyətini də gücləndirmişdir. Beynəlxalq hərbi əməkdaşlıq sahəsində də Azərbaycanın mövqeləri güclənməkdədir. Türkiyə, Pakistan, İsrail, ABŞ, Böyük Britaniya və digər ölkələrlə ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq əlaqələri dinamik inkişaf edir.
Bu gün Azərbaycan xalqı azad etdiyi ərazilərdə yeni həyat qurur. İşğaldan azad olunmuş bölgələrdə müasir infrastruktur yaradılır, yaşayış məntəqələri bərpa olunur, Zəfərimizin simvolları olan muzeylər inşa edilir. Bütün bu uğurların əsasında isə güclü dövlət, möhkəm siyasi iradə və qüdrətli ordu dayanır. 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə bu şanlı və şərəfli yolda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, onların ailələrinə baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk. Ordumuzun hər bir əsgəri və zabiti bu gün həm gücümüzün, həm də qürur mənbəyimizin təcəssümüdür.

Son xəbərlər

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Bütün xəbərlər