Mingəçevirdə yeni istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası bütövlükdə ölkəmizin enerji potensialını gücləndirəcək. Açılış mərasimində dövlət başçımız da bəyan etdi ki, bu stansiya həm də enerji sisteminin səmərəliliyini artıracaq.

Ümumiyyətlə, dünyada baş verən kataklizmlər fonunda enerjiyə tələbatın artması, daxili enerji infrastrukturunun və texnologiyalarının inkişafına investisiya yatırmağın vacibliyini göstərir. Çünki bu, ilk növbədə ölkənin xarici təhlükələrə qarşı dayanıqlığını artırır. Düzgün enerji siyasəti enerji sahəsində innovasiyaları və yeni texnologiyaların inkişafını stimullaşdırmaqla imkanları genişləndirir.

Yeni stansiyanın əsas üstünlüklərindən biri təbii qaza qənaətə imkan yaratmaq, həmçinin karbon qazı emissiyalarında azalmanı təmin etməsidir. Bu, Azərbaycanın milli iqlim hədəflərinə, eləcə də aşağıkarbonlu gələcək qurmaq istiqamətindəki genişmiqyaslı məqsədlərinə də töhfə verir. Beləliklə, Azərbaycan həm də COP29-un ev sahibi kimi ekoloji təmiz, daha etibarlı və daha səmərəli texnologiyalar tətbiq etmək istiqamətində dinamik və uzaqgörən yanaşma sərgiləmiş olur.

Bu gün Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini təmin edən ölkələrin coğrafiyası genişlənir. Azərbaycanın uğurlu enerji siyasəti hesabına ölkəmiz Pan-Avropa qaz təchizatçısı hesab olunur və bizimlə əməkdaşlıq etmək istəyən tərəfdaşların sayı artır. Dünyada enerji xətlərinə təhdidlərin yarandığı bir vaxtda Azərbaycanın timsalında bölgədə sabitlik, inkişaf, tərəqqi məkanına ehtiyac var. Təsadüfi deyil ki, yeni Elektrik Stansiyasının inşasında yaxından iştirak edən İtaliya və Çin şirkətləri də Azərbaycandakı təhlükəsiz və sabit mühiti nümunə kimi qiymətləndirirlər. Məsələ burasındadır ki, bütün investorlar daha sabit məkanlara yatırım etməkdə maraqlıdır. Azərbaycan həm də bu mənada beynəlxalq investorlar üçün əhəmiyyətli tərəfdaşdır.

30 ilə yaxın işğaldan əziyyət çəkən Azərbaycan sabitliyi öz gücü hesabına təmin edib və təsadüfi deyil ki, regionun ən böyük energetika mərkəzi sayılan Mingəçevir şəhəri də 44 günlük Vətən müharibəsi dövründə düşmənin hədəfində idi. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, məqsəd bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Təbii ki, bu məkrli plan baş tutmadı. Bu mənada yeni Elektrik Stansiyasının adının “8 Noyabr” olmasında da rəmzilik var. Beynəlxalq investorlar da bu nəhəng stansiyanı Azərbaycanın enerji təhlükəsizliyinə, davamlı inkişafa və sənaye tərəqqisinə töhfəsinin rəmzi kimi qiymətləndirirlər.


Nigar Məmmədova,
Milli Məclisin deputatı

Son xəbərlər

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Bütün xəbərlər