Dövlətin uzunmüddətli inkişaf strategiyasının müəyyən edilməsində, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında siyasi lider faktoru vacib rol oynayır. Əsl lider cəmiyyəti ümumi məqsədlər naminə səfərbər edir, daxili sabitlik və təhlükəsizliyi, ölkənin müsbət imicini formalaşdırır, beynəlxalq əlaqələri inkişaf etdirir. Az qala xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan da məhz siyasi lider faktoru sayəsində bütün təhdidlərdən xilas oldu, dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrildi. Bu intibah tarixi 56 il əvvəl, 1969-cu il iyulun 14-ü Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə başladı.

Məhz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkənin həyatında, inkişaf tarixində həlledici rol oynadı. Azərbaycan xalqının həm tarixində, həm də taleyində əhəmiyyətli dönüş başladı. Bir daha təsdiq olundu ki, dövlətin gücü liderin strateji düşüncəsində, gələcək çağırışları və imkanları qabaqcadan görə bilməsində, uzunmüddətli inkişaf məqsədlərini təyin etməsindədir. 1969-cu ildə SSRİ-nin ən geridə qalmış respublikası olduğu halda cəmi 2 il sonra - 1971-ci ildə artıq Azərbaycan inkişaf sürətinə görə ittifaq daxilində ən qabaqcıl respublikaya çevrildi. Ölkə iqtisadiyyatı qısa vaxtda əhəmiyyətli dərəcədə dirçəlməyə başladı. Beləliklə, Azərbaycan Sovetlər Birliyinin ən dinamik inkişaf edən respublikası imicini qazandı. 1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı, 813 min yeni iş yeri açıldı, əhalinin rifahı daha da yaxşılaşdı. Qısa müddətdə donor ölkəyə çevrilən Azərbaycan ümumittifaq xəzinəsinə daha çox vəsait verirdi. Məhz o illərdə Azərbaycanda yaradılmış infrastruktur illər sonra müstəqil Azərbaycanın inkişafına xidmət göstərdi.

Ölkədə mədəni tərəqqi, Azərbaycanın milli-mənəvi dəyərlər sistemində yeni mərhələ başladı. Azərbaycan müstəqil ölkə olmasa da, milli məsələlər hər zaman ön planda idi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan dili Konstitusiyada təsbit olundu və bununla da dövlət dili statusunu aldı.

Azərbaycan ziyalıları Ulu Öndərin səyləri nəticəsində o dövr üçün ən yüksək mükafatlara layiq görüldülər. Ziyalılara verilən yüksək dəyər birbaşa Azərbaycanın nüfuzunun artması demək idi. Eyni zamanda, təhsil və elm sahəsində də intibah dövrü başladı. Təsadüfi deyil ki, məhz həmin illərdə Azərbaycanın elm xadimləri öz ideyalarını ölkə iqtisadiyyatının inkişafının əsas istiqamətlərinə yönəltdilər. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artırıldı. Artıq ötən əsrin 80-ci illərinin əvvəllərində digər ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Heydər Əliyev 70-ci illərdə hakimiyyətdə olduğu illərdə bugünkü müstəqil Azərbaycanın iqtisadi, sosial və elmi-texniki potensialının hazırlanmasını həyata keçirdi.

Eyni zamanda, milli hərbi kadrların yetişdirilməsi də Ulu Öndərin hakimiyyəti illərindən başladı. Ən mühüm tarixi nailiyyətlərdən biri isə Ulu Öndər Heydər Əliyevin səyləri ilə ötən əsrin 70-ci illərində Azərbaycanda yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Məktəb oldu ki, bu, ölkəmizdə milli zabit heyətinin formalaşmasında müstəsna rola malikdir. Hər il 800-1000 azərbaycanlı gənc ittifaqın nüfuzlu hərbi məktəblərində ordu quruculuğu ilə bağlı akademik biliklərə yiyələndi.

Beləliklə, 1969-cu ildən etibarən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan Sovetlər Birliyinin süqutundan sonra müstəqil şəkildə uğurla dünyaya inteqrasiya edə bildi.

1993-2003-cü illər - Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın xilası, inkişaf və sabitlik illəri kimi tarixə düşdü. Ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmləndi. Milli mənafeyə əsaslanan dövlət siyasəti, iqtisadi inkişaf, elmi-texniki tərəqqi, müasir ordu quruculuğu, milli kadr hazırlığı, milli irsin qorunması - bunlar Ümummilli Lider Heydər Əliyevin başlıca strateji hədəflərini ehtiva edirdi. Onun üçün əsas məsələ Azərbaycan Respublikasının dövlət müstəqilliyi idi.

"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır" - deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb.

Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirib. Bu siyasət Azərbaycanı regionun ən güclü dövlətinə, qlobal miqyasda orta gücə çevirib. Ölkəmiz məhz Heydər Əliyev ideyaları sayəsində böyük inkişaf yolu keçib.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan ölkə kimi tanınmasını şərtləndirib.

Beləliklə, 56 il əvvəl ilk dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev Azərbaycanın tarixində elə bir iz qoydu ki, geriyə boylananda böyük, güclü, qalib Azərbaycanı görürük. Ulu Öndərin keşməkeşli və şərəfli ömür yolu müstəqil Azərbaycanın tarixində müstəsna yer tutur.

Nigar MƏMMƏDOVA,

Mili Məclisin deputatı.

Son xəbərlər

Azərbaycanda vətəndaş müraciətlərinə baxılması sahəsində mümkün islahatlar müzakirə edilib

Qızıl iqtisadiyyatda sadəcə qiymətli metal deyil. O, eyni zamanda ehtiyat, investisiya, riskdən qorunma və etimad alətidir

Professor Dilqəm Quliyevin Azadlıq və Zəfər Salnaməsi

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Bütün xəbərlər