Lamiyə Həsənzadə: Mehriban xanım Əliyevanın çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycan qadınlarına örnəkdir

Mehriban xanım Əliyevanın Azərbaycan dövləti və xalqı, eləcə də, qadın siyasətinin inkişafında tarixi xidmətləri vardır. O, ölkənin birinci xanımı statusu ilə Azərbaycan cəmiyyətində novatordur. Dünyanın əksər ölkələrində dövlət rəhbərlərinin xanımlarının mədəni- sosial sahədə həyata keçirdikləri tədbirlər əsasında yaranan bu ənənənin Azərbaycanda formalaşdırılması məhz Mehriban xanım Əliyevanın qismətinə yazılıb. Bunu yeni ənənənin formalaşdırılmasından daha çox dünyaya nə vaxtsa türk dünyasından yayılan və tarixin müəyyən məqamında unutduğumuz qədim ənənələrin yenidən bərpası, qayıdışı hesab etmək daha doğru olardı. Dövlətçilik sistemlərində Xatun modelini əslində bütün dünya məhzi türk əxz edib. Mehriban xanım Əliyevanın timsalında bu tarixi ənənənin müstəqil Azərbaycanın dövlətçilik sistemində yenidən bərpası onun ölməz türk ruhuna sədaqət hissi ilə bağlıdır. Ötən yüzillikdə lider Xaqan missiyasını həyata keçirən Heydər Əliyevin ən yaxın köməkçisi bir Xatun olaraq Zərifə xanım Əliyeva idi. Bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevə bu köməyi Mehriban xanım Əliyeva edir. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın mənəvi irsimizin qorunması istiqamətində ardıcıl fəaliyyəti Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək hörmətin təzahürüdür.

Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə Azərbaycanın maddi və qeyri-maddi irsinin, xalqımızın yaratdığı mədəni dəyərlərin, o cümlədən Qarabağ mədəniyyətinin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, digər formatlarda tədbirlər keçirilib. Azərbaycana məxsus maddi və mənəvi mədəniyyət inciləri dünya irs siyahılarına daxil edilərək ən yüksək səviyyədə qorunma altına alınıb. ABŞ, Fransa, İtaliya, Rusiyada və bir çox başqa ölkələrdə keçirilən yüzlərlə tədbirlər sayəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa və öyrənməyə başlayıb. Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq ictimai rəydə müasir və sürətlə inkişaf edən ölkə, eyni zamanda, xalqımız öz tarixi köklərinə bağlı olan multikultural və tolerant cəmiyyət kimi tanınmaqdadır.
Bildiyimiz kimi, dini dəyərlər və dini irs dünya mədəniyyətinin mühüm tərkib hissəsidir. Bu baxımdan, Mehriban xanım Əliyeva İslam dünyasının elm, mədəniyyət, təhsil sahəsində fəaliyyət göstərən aparıcı təşkilatı olan İSESCO-nun (hazırda İCESCO) xətti ilə olduqca səmərəli işlər görüb. Bu çərçivədə, müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyalarının keçirilməsi, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələrin reallaşdırılması, qız məktəblərinin tikilməsi, həmçinin 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan olunmasını xüsusi qeyd etmək lazımdır.
Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa edib, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirib. Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işinə də böyük önəm verib. Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və digər məscidlərdə əsaslı təmir və bərpa işləri həyata keçirilib. Davamlı olaraq ölkəmizdəki müqəddəs məkanları, dini ibadət yerlərini ziyarət edən Mehriban xanım Əliyeva bu nəcib fəaliyyəti ilə ölkəmizdə dövlət-din münasibətlərinin təkmilləşdirilməsi işinə böyük töhfə verib.
Azərbaycanın Birinci Xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi də dayanır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı təhsil sahəsində saysız nailiyyətlərə səbəb olub. Bu layihə çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib, təmir olunub, yüksək standartlarla təchiz edilib. Belə müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır.
Onun “Təhsilə dəstək” layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Hətta xarici dövlətlərdə belə elmə, təhsilə diqqət göstərir. Belə ki, Fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılıb. Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikdirib. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya təmir edilib.
Fəxrlə deyə bilərik ki, xalqımız Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidentinin timsalında ölkəmizin bu gününün və sabahının inkişafını təmin edən Möhtərəm Prezidentimiz İlham Əliyevin yaxın silahdaşını və fədakar yardımçısını görür. Onun ali dəyərlərə söykənən çoxşaxəli fəaliyyəti insan həyatının ən vacib sahələrinin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir.
Dərin hörmət və ehtiramla Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidentimiz əziz, dəyərli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, səadət dolu ömür, müstəqil,suveren Azərbaycanın daha da çiçəklənməsi və inkişafında üzərinə düşən bütün işlərdə davamlı nailiyyətlər diləyirəm.

Lamiyə Həsənzadə,

Azim Müzəffərov adına Saray qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru

Son xəbərlər

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Azərbaycan Jurnalistlər Birliyi AZTV ilə bağlı BƏYANAT YAYIB

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Prezident Qırğız Respubilkasında qolf oynadı

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Livanı dəstəkləməyə hazırdır

Saray qəsəbəsində Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycan Esmira Cəfərovanı Macarıstana yeni səfir təyin edib

Ərdoğan: İsrailin Fələstindəki əməllərinin bədəlini bütün region ödəyir

Tolerantlıq anlayışı heç vaxt təhqir etmək, alçaltmaq və nifrət yaymaq azadlığı kimi başa düşülməməlidir

Maaş və pensiya kartlarında yeniliklər gözlənilir

Qurban Qurbanov: Rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

ORDUBAD camaatı zarafatla “biz naxçıvanlı deyilik” deyirlər

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyin əbədi dayağıdır

Elmdən istehsalata: yaşıl hidrogen texnologiyaları sahəsində tədqiqatlar

Netanyahu Trampla görüşünü indiyədək keçirilmiş ən yaxşı görüşlərdən biri adlandırıb

Əraqçi Ukraynanı İran gəmisinə hücuma görə kompensasiya ödəməyə çağırıb

Paşinyanın Aparat rəhbəri vəzifədən uzaqlaşdırıldı

Soltan Məmmədov: İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoydu

Medianın İnkişafı Agentliyi BƏYANAT YAYIB

İqtidara yoxsa dövlətə müxalifət? Azərbaycanın Qələbəsini qəbul edə bilməyənlərin faciəsi

Azərbaycan milli mətbuatı: "Əkinçi"dən rəqəmsal mediaya uzanan yol

Milli Mətbuat Günü: Azərbaycan İdman Akademiyasının media fəaliyyətinin inkişaf yolu”

Qələmdən rəqəmsal mediaya: Azərbaycan mətbuatının inkişaf yolu

2026 Dünya Çempionatının ən böyük yeniliyi – AĞILLI TOP

Tahir Mirkişili: Demoqrafik böhran artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib

Tahir Mirkişili deputat həmkarları ilə şəhidlərin xatirəsini ehtiramla yad edib

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu

Güclü dövlət təkcə öz sərhədlərini deyil, həm də regionun gələcəyini formalaşdırır

Bütün xəbərlər