Şahin Seyidzadə: Böyük Qayıdış müasir dövrdə dövlət siyasətinin uğurudur


Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdış, yalnız tarixi və milli məsuliyyətin reallaşması deyil, həm də müasir dövrdə dövlət siyasətinin uğurlu icrasının təcəssümüdür.

Prezident İlham Əliyev Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibədə bildirmişdir: “Böyük Qayıdış, xalqımızın öz torpağına dönüşünün rəmzidir. Bu yalnız fiziki qayıdış deyil, həm də tarixi ədalətin bərpasıdır.” Böyük Qayıdış prosesi regionun iqtisadi, sosial və mədəni inkişafına yeni təkan verir. Prezidentin qeyd etdiyi kimi, azad edilmiş ərazilərdə infrastruktur layihələri sürətlə həyata keçirilir. Müasir yollar, körpülər, avtomobil və dəmir yol xətləri inşa olunur, bu da ərazilərin mərkəzlərlə daha sıx əlaqəsini təmin edir. Eyni zamanda, məktəblər, tibb mərkəzləri və digər ictimai obyektlər yenidən qurulur. Bu layihələr yalnız vətəndaşların rahat yaşayışını təmin etmir, həm də investisiya mühitini cəlbedici edir. Prezident İlham Əliyev müsahibəsində vurğulamışdır: “Biz yalnız binaları bərpa etmirik, həm də bölgənin sosial və iqtisadi həyatını dirçəldirik.” Bölgədə elektrik stansiyaları, transformator məntəqələri və enerji ötürücü xətlərin yenidən qurulması həyata keçirilir. Qaz və içməli su xətləri bütün yaşayış məntəqələrini əhatə edir və müasir yaşayış standartlarına cavab verir. Bununla yanaşı, yeni elektrik şəbəkələri və suvarma sistemləri kənd təsərrüfatının inkişafını təmin edir. Prezident İlham Əliyev müsahibəsində qeyd etmişdir: “Bölgənin enerji infrastrukturu müasir standartlara uyğun şəkildə bərpa edilir. Bu, həm fiziki qayıdış, həm də iqtisadi inkişaf üçün əsasdır.” Bununla yanaşı azad edilmiş ərazilərdə istirahət mərkəzləri və digər turizm obyektlərinin yaradılması planlaşdırılır və artıq bəzi bölgələrdə fəaliyyətə başlayıb. Bu, regionun iqtisadiyyatını şaxələndirir və iş yerlərinin açılmasına səbəb olur. Lakin Böyük Qayıdışın qarşısında ciddi təhlükələrdən biri mina problemdir. Qarabağ müharibəsi zamanı işğalçı qüvvələr tərəfindən qoyulmuş minlər hələ də ərazilərin bəzilərini insan və kənd təsərrüfatı üçün təhlükəli edir. Prezident İlham Əliyev müsahibəsində bu məsələni diqqətə çatdırmışdır: “Mina problemi bizim üçün prioritetdir. Hər il minlərlə hektar torpaq tam təhlükəsiz hala gətirilir və bu, Böyük Qayıdışın davamlı olmasını təmin edir.” Azərbaycan hökuməti beynəlxalq tərəfdaşlarla birgə mina xəritələrinin hazırlanması və təmizləmə əməliyyatlarını həyata keçirir. Prezident İlham Əliyev əlavə etmişdir: “Bizim məqsədimiz yalnız torpaqları azad etmək deyil, həm də insanlarımızın təhlükəsiz həyatını təmin etməkdir. Bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığımız davam edir.” Böyük Qayıdış həm də tarixi ədalətin bərpası ilə bağlıdır. Prezidentin müsahibəsində vurğuladığı kimi, bu proses Azərbaycan xalqının milli iradəsinin, mədəni köklərinin və tarixi həqiqətlərin ifadəsidir. Hər bir ailə, hər bir vətəndaş öz doğma torpağına qayıdır. Bu, xalqımızın tarixini, mədəniyyətini və ən əsası, hüquqlarını bərpa etmək deməkdir. Prezident İlham Əliyev Əl-Ərəbiyyə telekanalına müsahibəsində həmçinin vurğulamışdır ki, Böyük Qayıdış yalnız fiziki və iqtisadi bərpa deyil, həm də beynəlxalq diplomatiyada Azərbaycan üçün nümunəvi layihədir. Qayıdışın uğurla həyata keçirilməsi, bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verir. Beləliklə, Böyük Qayıdış və mina probleminin həlli Azərbaycan üçün tarixi, hüquqi və humanitar məsələ olmaqla yanaşı, gələcəkdə regionda sabitlik və inkişafın təminatçısıdır.

Son xəbərlər

Fazil Məmmədov nazir müavini təyin olundu

“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov

Gənclər milli sənət nümunəsini yaşadan və inkişaf etdirən iştirakçı olmalıdır - AÇIQLAMA

VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır

Ulu Öndərin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi

ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

ANS-in keçmiş işçisinə yüksək vəzifə verildi -YENİLƏNDİ

Hüseynova Sevinc: VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay