
Göygöl Rayon Mərkəzi Xəstəxanasında müasir LOR kombayn xidməti istifadəyə verilib

Region xəstəxanalarının müasir tibbi avadanlıqlarla təmin olunması və səhiyyə infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər davam etdirilir.
Millixəbər.az-ın məlumatına görə, göygöl Rayon Mərkəzi Xəstəxanasında müasir LOR kombayn xidməti fəaliyyətə başlayıb.
Çoxfunksiyalı, müasir LOR kombayn cihazı qulaq, burun və boğaz xəstəliklərinin diaqnostika və müalicəsində əvəzolunmaz avadanlıqdır. Komplektasiyaya otorinolarinqoloq qarşısında qoyulan məqsədlərin yerinə yetirilməsinə imkan verən müxtəlif tibbi alətlər və funksional qurğular daxildir.
Sözügedən cihaz həkim-mütəxəssislər tərəfindən xəstəliklərin erkən mərhələdə aşkarlanmasına və müasir tibbi standartlara uyğun xidmətin göstərilməsinə imkan yaradır.
Qeyd edək ki, sözügedən tibbi xidmət icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









