Deputat: Elm və Təhsil Nazirliyinin yeni konsepsiyanı ictimai müzakirələrə çıxarması alqışlanmalıdır


2030-cu ilə Azərbaycan Respublikasında müəyyən olunmuş sosial-iqtisadi inkişafın əsas prioritetlərindən biri də təhsil sahəsidir. Texnologiyaların belə sürətlə irəliləməsi fonunda dünyada artan rəqabətlə ayaqlaşmaq üçün müasir və güclü təhsil olduqca vacibdir. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır.

Gələn ilin dövlət büdcəsində elm və təhsil xərcləri 5,2 milyard manat təşkil edir. Bu, 2024-cü ilin icra göstəricisinə nisbətən 658 milyon manat çoxdur. Ortamüddətli dövrlə, 2022-ci illə müqayisədə isə 2026-cı illə müqayisədə 36% artmış olacaqdır.

Son illərdə aparılan təhsil islahatları Azərbaycanda müəllimin bilik və bacarıqlarını inkişaf etdirməklə təhsilin keyfiyyətini yaxşılaşdırmağa hesablanıb.
Müəllim sağlam cəmiyyətin formalaşmasına, gənc nəslin inkişafına müstəsna töhfələr verən əsl qəhrəmandır. İkinci Qarabağ müharibəsində əsasən gənclərimizin iştirakı, onlara son 30 ildə aşılanmış yüksək vətənpərvərlik hislərinin nəticəsi idi ki, bunda məktəbin və müəllimlərimizin rolu danılmazdır.

Elm və Təhsil Nazirliyi tərəfindən təklif olunan müəllimlər üçün yeni yanaşma müəllim-şagird təmaslarını daha da artırmaqla, həm də müəllimlərin rifahının yaxşılaşdırılmasını qarşıya hədəf qoyur. Burada əsas məqsəd müəllimin şagirdlərlə daha çox vaxt keçirməsi üçün əlavə motivasiyanın yaradılmasıdır.

Nəzərə alınmalı vacib bir nüans da müəllimin tədrisi uğurla edə bilməsi üçün sinifdə olan şagird sayının öyrənmə standartlarına uyğun şəkildə bölüşdürülməsidir. Bir sinifdə 30-40 nəfər şagirdin tədrisini həyata keçirən müəllim üçün bu, tam ştata bərabər iş yüküdür. Bu, tədrisin keyfiyyətinə də mənfi təsir edir.

Elm və Təhsil Nazirliyinin yeni konsepsiyanı ictimai müzakirələrə çıxarması alqışlanmalıdır. Belə ki, müəllimlər, ümumilikdə təhsil sisteminə birbaşa aid olan şəxslər təklif olunan ideyanın potensial müsbət və mənfi tərəflərini qiymətləndirmək imkanı əldə edirlər. İrəli sürülən modelin məcburi olmaması, eyni zamanda müəllimlər üçün seçim imkanı yaradır. Etiraf eləməliyik ki, yeniliklər bütün cəmiyyətlərdə həssaslıqla qarşılanır. Bu bütün dövrlərdə belə olub. İdeyalar praktik tətbiq olunduqdan sonra boşluqlar üzə çıxır və aidiyyəti qurumlar ilkin dövrdə nəzərə alınmayan həmin boşluqları doldururlar.Burada əsas meyar təhsilin, habelə müəllim və şagirdin bilik və bacarığının artırılması olduğundan, məsələnin texniki və yardımçı tərəfləri həll edilə biləndir.

Bundan başqa, beynəlxalq təcrübəyə istinadən, müəllimin asistentinin olması da onun iş yükünün müəyyən dərəcədə bölüşdürülməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə imkan yaradar. Xüsusilə, ibtidai siniflərdə, azyaşlı uşaqlarla işləyən müəllimlər üçün bütün sinfə nəzarət etmək böyük məsuliyyətdir. Müəllimə köməkçi ştatının yaradılması, valideynlərlə daha çox görüşlərin keçirilməsi, məktəbdənkənar fəaliyyətlərin təşkili baxımından da faydalı olardı. Bununla, müəllimin iş şəraiti daha da yaxşılaşardı.

Pərvanə Vəliyeva
Milli Məclisin üzvü

Son xəbərlər

Azərbaycanda vətəndaş müraciətlərinə baxılması sahəsində mümkün islahatlar müzakirə edilib

Qızıl iqtisadiyyatda sadəcə qiymətli metal deyil. O, eyni zamanda ehtiyat, investisiya, riskdən qorunma və etimad alətidir

Professor Dilqəm Quliyevin Azadlıq və Zəfər Salnaməsi

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Bütün xəbərlər