Prezidentimizin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur


Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ötən ilin tarixi il olduğunu vurğulayaraq qeyd edib ki, məhz 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu. Dövlət başçısı eyni zamanda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaranmasının, Zəngəzur dəhlizininn açılmasının reallaşacağını inamla bildirib.

Müsahibəsində Azərbaycan Prezidenti ötən il ölkəmizdə bir çox mühüm beynəlxalq tədbirlərin keçirildiyini diqqətə çatdırıb: “Onların arasında təbii ki, Xankəndidə keçirilən ECO Zirvə Görüşünü qeyd etməliyəm. Əsas tədbir orada - Xankəndidə keçirilmişdir, amma işğaldan azad edilmiş digər şəhərlərdə - Şuşada, Laçında, Ağdamda bizim təşəbbüsümüzlə üç forum keçirilmişdir: Biznes Forum, Gənclər Forumu, Qadınlar Forumu. Yəni biz istəyirdik ki, gələn qonaqlar azad edilmiş torpaqların bütün olmasa da, böyük hissəsini görsünlər. Doqquz dövlət və hökumət başçısını biz Xankəndidə, Ağdamda, Şuşada qəbul etməyə hazır idik. Mövcud olan infrastruktur, konfrans zalları, hotellər və digər lazım olan amillər bu imkanı bizə yaratmışdır.

Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü də xüsusilə qeyd etməliyəm. Bu, bir daha Türk dünyasının birliyini əks etdirən bir Zirvə idi və bildiyiniz kimi, bizim təşəbbüsümüzlə qeyri-rəsmi Zirvə görüşləri də keçirilməyə başlanmışdır. Birinci qeyri-rəsmi Zirvə Şuşada, rəsmi Zirvə Qəbələdə keçirilmişdir və bu ənənəni indi digər ölkələr də davam etdirirlər.

Hazırda işğaldan azad edilmiş rayonlarımız beynəlxalq əhəmiyyətli tədbirlərin, forumların və rəsmi görüşlərin keçirildiyi mühüm mərkəzlərə çevrilmişdir. Bu fakt Azərbaycanın artan beynəlxalq nüfuzunun, eləcə də dövlət başçısının uzaqgörən siyasətinin bariz göstəricisidir. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin qlobal tədbirlərə ev sahibliyi etməsi ölkəmizin regional və beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir.”

Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv olması istiqamətində müəyyənləşdirdiyi strateji hədəfdən danışaraq bildirib ki, Biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm.

Qeyd edək ki, bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Yeganə yeni üzv Azərbaycan olmuşdur. Təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir və bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycanın təşəbbüsü ilə respublikamızda təşkilatın bir neçə mərkəzi yaradılmışdır - media, iqlim, ekologiya, energetika, nəqliyyat və Azərbaycan da təşkilatda fəal üzv kimi iştirak edəcək. Bu təşəbbüs Azərbaycanın beynəlxalq iqtisadi və siyasi əməkdaşlıq platformalarında mövqelərinin daha da möhkəmləndirilməsinə xidmət edir. D-8 kimi nüfuzlu təşkilata üzvlük ölkəmizin inkişaf etməkdə olan dövlətlərlə iqtisadi əlaqələrinin genişlənməsi, ticarət dövriyyəsinin artırılması və yeni investisiya imkanlarının yaradılması baxımından böyük əhəmiyyət daşıyır.

Eyni zamanda, bu strateji addım Azərbaycanın çoxtərəfli diplomatiya siyasətinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan xarici siyasət kursu ölkəmizin regional və qlobal təşəbbüslərdə fəal iştirakını təmin edir, Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. D-8 təşkilatına üzvlük perspektivi həmçinin enerji, nəqliyyat, rəqəmsal inkişaf və humanitar sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi məqsədyönlü və ardıcıl xarici siyasətin əsas prioritetlərindən biri də Zəngəzur dəhlizinin reallaşdırılmasıdır. Bu strateji layihə təkcə regional nəqliyyat-kommunikasiya xətlərinin bərpası deyil, eyni zamanda Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin açılması yönümündə görülən önəmli işlərə diqqət çəkib: “Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında da şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə öz imzasını atdı. Bütün bunlar və digər önəmli hadisələr dediyiniz məsələyə bəlkə də daha geniş prizmadan aydınlıq gətirir.”

Dövlət başçısının Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq öz müsbət nəticələrini verməkdədir.

Prezident İlham Əliyevin prinsipial mövqeyi və qətiyyətli siyasi iradəsi nəticəsində bu layihə beynəlxalq gündəmdə mühüm yer tutmuş, regional və qlobal aktorların diqqət mərkəzinə çevrilmişdir. Dəhlizin açılması Cənubi Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən əsas amillərdən biri kimi dəyərləndirilir.

Hazırda Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində mövcud olan əsas maneələr aradan qaldırılmış, proses praktik mərhələyə daxil olmuşdur. Bu, Prezident İlham Əliyevin diplomatik çevikliyinin, strateji baxışının və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir. Azərbaycan bu layihə vasitəsilə regionda əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilmək potensialını daha da gücləndirir.

Eyni zamanda, Zəngəzur dəhlizi Türk dünyasının inteqrasiyası baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bu nəqliyyat xətti türk dövlətləri arasında iqtisadi, siyasi və mədəni əlaqələrin dərinləşməsinə yeni impuls verir. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində artan rolunu bir daha təsdiqləyir.
Ümumilikdə, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur. Bu strateji təşəbbüs Azərbaycanın milli maraqlarına tam cavab verməklə yanaşı, regionda sülh, əməkdaşlıq və davamlı inkişaf üçün yeni imkanlar açır.

Zamin Zeynal
Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədr müavini,
"Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri

Son xəbərlər

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Bütün xəbərlər