Beynəlxalq Talassemiya Gününə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib


Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 8 May – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş ictimai maarifləndirmə tədbiri təşkil edilib. Tədbirin əsas məqsədi talassemiya ilə mübarizədə ictimaiyyətin məlumatlılıq səviyyəsini artırmaq, donorluq mədəniyyətini təşviq etmək və bu sahədə beynəlxalq təcrübəni bölüşmək olub.

Tədbiri giriş sözü ilə açan İSİM-in baş direktoru Səbinə Babazadə irsi xəstəliklərlə, o cümlədən talassemiya ilə mübarizənin Azərbaycanda dövlət səhiyyə siyasətinin daim diqqətdə saxladığı əsas istiqamətlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən milli proqramlar və nikahdan əvvəl icbari müayinələr bu xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.
Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva çıxış edərək talassemiya xəstəliyindən əziyyət çəkən şəxslərin hüquqi bazasının təkmilləşdirilməsi və onlara göstərilən dövlət qayğısının qanunvericilik aspektlərinə toxunub. O, ictimai maarifləndirmənin xəstəliyin profilaktikasında əvəzsiz vasitə olduğunu diqqətə çatdırıb.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin baş həkimi Səhər İsmayılova xəstəliyin müasir müalicə üsulları və mərkəzdə pasiyentlər üçün yaradılan şərait barədə ətraflı məlumat verib. Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov isə çıxışında qan donorluğunun həyati əhəmiyyətini vurğulayaraq, cəmiyyəti bu xeyirxah aksiyalarda daha fəal iştirak etməyə səsləyib.
Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova ölkədə qan ehtiyatının formalaşdırılması və bankın fəaliyyət prinsipləri barədə danışıb. Azərbaycan Talassemiya Federasiyasının İdarə Heyətinin üzvü Şahanə Hacıyeva federasiyanın xəstələr və onların ailələri ilə apardığı sosial işlərdən, vətəndaş cəmiyyəti institutlarının bu prosesdəki rolundan söz açıb.
Tədbirdə qonaq qismində iştirak edən Rumıniya Qan Donorları Assosiasiyasının sədri, “Donorium” sisteminin müəllifi Dragos Mutascu rəqəmsal texnologiyaların qan donorluğu sahəsində tətbiqi ilə bağlı beynəlxalq təcrübəni iştirakçıların diqqətinə çatdırıb. Tanınmış jurnalist və yazıçı Orhan Çinar isə mövzuya humanist prizmadan yanaşaraq, medianın talassemiya ilə mübarizədəki maarifləndirici funksiyasının önəmini vurğulayıb.
Sonda mövzu ətrafında geniş ictimai müzakirələr aparılıb, iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Yekunda iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olunub.






Son xəbərlər

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

“Nə cərimə yazırlarsa, yazsınlar, pulum yoxdur” - Rəşid Mahmudov

"Sabah" bu gün Bakı Olimpiya Stadionunda ilk məşqinə çıxacaq

Rövşanə Ağasəfqızının yeni işi bəlli oldu

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi

BOKT-larda kredit faizləri niyə yüksəkdir? - İQTİSADÇI AÇIQLADI

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Tahir Mirkişili: Aqrar sektorun sənaye ilə inteqrasiyası üçün dəyər zənciri qurulmalıdır

Azərbaycanın bugünkü gücü uzunmüddətli dövlətçilik siyasətinin nəticəsidir

İlqar Ağabəyov: Prezident İlham Əliyevin VIII Qurultayda çıxışı Azərbaycanın qarşıdakı inkişaf prioritetlərini müəyyənləşdirir

Fazil Məmmədov nazir müavini təyin olundu

“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov

Gənclər milli sənət nümunəsini yaşadan və inkişaf etdirən iştirakçı olmalıdır - AÇIQLAMA

VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Bütün xəbərlər