Gündəm / Elm və təhsil

Paytaxt məktəbliləri XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər+FOTOLAR

28.10.2026 12:46 11

Paytaxt məktəbliləri XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.


Millixəbər.az-ın məlumatına görə, sərgidə məktəblilər ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatlarını izləyib, stendlərə baxış keçirib, Azərbaycan yazıçıları və şairləri, eləcə də xarici ölkələrin yazarları və elm adamları ilə görüşüblər.

“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunmuş sərgi çərçivəsində keçirilən tədbirlər, konfranslar, müsabiqələr, imza günləri, qiraət və musiqi saatları şagirdlərdə xoş təəssürat yaradıb.

Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgisi uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması, eləcə də yerli və xarici ədəbi mühitlər arasında əlaqələrin möhkəmləndirilməsi, kitab sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır.