Gündəm / Sosial / Aktual / İdman

Qərbi Azərbaycanın idman tarixi" kitabının təqdimat mərasimi keçiriləcək

25.10.2026 17:52 21
Qərbi Azərbaycanın idman tarixi" kitabının təqdimat mərasimi keçiriləcək


Noyabrın 3-də “Qərbi Azərbaycanın idman tarixi” monoqrafiyasının təqdimat mərasimi keçiriləcək.
Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin müəllifi olduğu nəşr Qərbi Azərbaycanın bədən tərbiyəsi və idman tarixinin araşdırılmasına həsr olunub.


“Qərbi Azərbaycanın idman tarixi” Monoqrafiyası haqqında Qısa Məlumat



• Müəllif: Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyev

• Yaranma İşığı: Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixli müraciətinə töhfə və cavab olaraq hazırlanıb.

• Xüsusi statusu: İlk nüsxəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərilmiş, qəbul edilmiş və təqdimatının keçirilməsi məqsədəuyğun bilinmişdir. İdman Akademiyasının Elmi Şurasının (14 iyul 2023-cü il tarixli, № 13 saylı protokol) qərarı ilə bəyənilib.

Monoqrafiyanın Əsas Mövzuları və Məzmunu:

1. Dövlətçilik və Tarixi Zəmin: Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fikirləri, fərman və sərəncamları; Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə.
2. Prezident və İdman Siyasəti: Prezident İlham Əliyevin bədən tərbiyəsi və idmana göstərdiyi diqqət, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşlərdən fraqmentlər.
3. Qərbi Azərbaycan İdmançılarının Zəfər Yolu: Qərbi Azərbaycanın bədən tərbiyəsi və idman tarixi, kütləvi idmanın inkişafı və bu bölgəni təmsil edən 200-ə yaxın məşhur idmançının Olimpiya oyunları, dünya, Avropa çempionatları və beynəlxalq yarışlardakı möhtəşəm nailiyyətləri.
4. Elmi Dəyəri: Qərbi Azərbaycan idmançılarının tarixini bu qədər geniş və sistemli əhatə edən ilk nəşrdir. Yerli və xarici (ingilis, rus, alman, fransız dillərində) ədəbiyyatların təhlilinə əsaslanır və mövcud əsərləri təkrar etməyərək onları daha da zənginləşdirir.

Texniki Göstəricilər:
• Həcm: 200 kompüter mətni səhifəsi.

• Strukturu: Giriş, 37 yarımfəsli birləşdirən 8 fəsil, rus və ingilis dillərində xülasə, 206 adda istifadə olunmuş ədəbiyyat siyahısı.

• Yazı tərzi:Oxucunu yormayan, dözümlülüyə və tolerantlığa çağıran orijinal və təbii dildə yazılmış təsirli elmi-publisistik nəşr.