02.09.2024 tarixində 62 yaşlı vətəndaş Zinəddin Mehtiyev qalxan çəmbər bağırsağının xərçəngi parçalanma mərhələsində, bağırsaq qanaxması və bağırsaq keçməzliyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Kliniki Tibbi Mərkəzdən Millixəbər.az-a verilən məlumata görə, Xəstə üzərində zəruri müayinələr aparılıb və cərrahi müdaxilənin zəruri olması bildirilib. KTM-in Ümumi Cərrahiyyə şöbəsində sağ tərəfli hemikolektomiya əməliyyatı icra edilib, D2-D3 limfadenektomiya və ileotranzverzoanastamoz prosedurları uğurla həyata keçirilib.
Həkim-cərrah Nazim Həsənov tərəfindən aparılan, asistent həkimlər Maya Xudiyeva və Ağanur Cavadovun iştirakı ilə baş tutun əməliyyatdan sonra xəstədə narahatlıq müşahidə edilməyib, vəziyyəti qənaətbəxşdir. Ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
KTM-də onkoloji xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı icra edildi +FOTO
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.