MDU Elmi Şurasının 2023/2024-cü tədris ilində sonuncu iclası keçirilib+ FOTOLAR
Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2023/2024-cü tədris ili üzrə sonuncu iclası keçirilib. İclası açıq elan edən MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
Millixəbər.az xəbər verir ki, iclasın gündəliyinə uyğun olaraq, “İbtidai sinif müəllimliyi” təhsil proqramının Akkreditasiyası üzrə özünütəhlilin nəticələri haqqında hesabatın müzakirəsi aparılıb və “2023/2024-cü tədris ilində MDU Elmi Şurasının qərarlarının icra vəziyyəti haqqında” hesabat dinlənilib. Aparılan müzakirə və müvafiq tövsiyələrdən sonra hər ikisi qəbul edilib.
Sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2016-cı il tarixli 38 nömrəli “Doktorantura, ali təhsil, orta ixtisas və ilk peşə-ixtias təhsil müəssisələrinin tələbələrinə və şagirdlərə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarına müvafiq olaraq büdcədənkənar vəsaitlər hesabına 2024/2025-ci tədris ilində MDU-da 500-dən yuxarı bal toplayan abituriyentlərə topladıqları qəbul balı miqdarında birdəfəlik təqaüdün verilməsi təklifi müzakirəyə çıxarılıb və qəbul edilib.
İclas cari məsələlərə baxılmaqla davam edib.
Sonda, Ü.Zeynalov tədris ilinin başa çatması münasibətilə MDU kollektivini təbrik edib, onlara xoş istirahətlər arzulayıb.
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.