Beyləqan rayonunda yaşayan 15 yaşlı yeniyetmə qarın nahiyəsində yaranmış ağrılar səbəbilə rayon xəstəxanasına aparılıb, müayinələrdən sonra Kliniki Tibbi Mərkəzə göndərilib.
Kliniki tibbi mərkəzdən Millixəbər.az- a verilən məlumata görə, KTM-də Kompüter Tomoqrafiya (KT) müayinəsi zamanı solitar sist olduğu aşkarlanıb.
Uşaq Cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevin müşahidəsi ilə həkim-uşaq cərrahları Günay Əmrahlı, Əkrəm Çodarovun iştirakı ilə xəstə üzərində cərrahi əməliyyat başlanılıb. Uğurlu əməliyyatla sist çıxarılıb, dalaq isə saxlanılıb.
Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və Uşaq Cərrahiyyəsi şöbəsində stasionar müalicəsi davam etdirilir.
KTM-də azyaşlı üzərində uğurlu əməliyyat icra olundu
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.