10 yaşlı Aysu Cəfərova qarında kəskin ağrı, qusma kimi şikayətləri ilə valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib.
Kliniki Tibbi Mərkəzindən Millixəbər.az- a verilən məlumata görə, xəstənin anamnezində doğulduqdan sonra 15 günlüyündə bağırsaq keçməzliyi diaqnozu ilə əməliyyat keçirməsi məlum olub.
Aparılan bütün müayinələr nəticəsində xəstəyə bağırsaq keçməzliyi diaqnozu qoyulub və yenidən əməliyyat olunmasına qərar verilib.
KTM-in həkim-uşaq cərrahı Op. Dr. Nigar Babayeva tərəfindən aparılan, Uşaq Cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev və anestezioloq Fətəli Fətəliyevin iştirakı ilə xəstə üzərində laparotomiya stranqulyasion keçməzliyin ləğvi, bitişmələrin ayrılması əməliyyatı uğurla icra olunub.
Əməliyyatdan sonra azyaşlının stasionar müalicələri davam etdirilib, bütün anatomik və fizioloji göstəriciləri normaldır.
Kəskin ağrı ilə KTM-ə gətirilən azyaşlı uğurlu əməliyyat olundu
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.