Xırdalan Şəhər 6 saylı Tam Orta məktəbdə "Narkomaniya və kibertalamalarla mübarizə"mövzularında tədbir keçirilib +FOTOLAR
Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, Abşeron Rayon Polis İdarəsinin təşkilatçılığı və aidiyyəti üzrə qurumların iştirakı ilə "Narkomaniya ümumbəşəri bəladır və kibertalamalarla mübarizə"mövzularında Xırdalan Şəhər 6 saylı Tam Orta məktəbdə məktəbin pedaqoji kollektivi və şagirdlərlə birlikdə maarifləndirici yönümlü tədbir keçirilib.
Tədbirdə Xırdalan Şəhər 6 saylı Tam Orta məktəbin direktoru Lamiyə Həsənzadə, Abseron rayon Polis İdarəsinin yetkinlik yaşına catmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru polis mayoru Elbrus Əhmedov, Abseron Rayon Mərkəzi Xəstəxanasının narkoloq həkimi Ayxan Bagırov, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal, Dini Qurumlarla iş üzre Dövlət Komitəsinin Abşeron Xızı regional bölməsinin baş məsləhətçisi Namiq Musayev bəşəriyyəti narahat edən narkomaniya bəlasından söz açıblar. Bildiriblər ki, Ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları tərəfindən davamlı maarifləndirmə işləri uğurla həyata keçirilir. Qeyd edilib ki, Abşeron rayonunda vaxtaşırı uşaq və gənclərin narkomaniyadan, kiber talamalardan qorumaq və bu cür zərərli vərdişlərdən uzaq olmaqla bağlı mütəmadi olaraq qabaqlayıcı söhbətlər aparılır. Natiqlər çıxışlarında narkomaniya ilə birgə mübarizə yanaşı Kibertalamlarla bağlı məsələrdə hər zaman aidiyyəti üzrə qurumların, valideyn və şagirdlərin diqqətli olmasının önəmindən danışıblar.
Tədbirdə MİRİİB sədri, Abşeron Rayon İcra Hakimiyyəti Yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” rayon komissiyasının üzvü Zamin Zeynal kibertalamalarla mübarizə ilə bağlı etdiyi çıxışda bildirib ki, bəzən sosial şəbəkə seqmentlərində və müxtəlif saxta profollərlərlə yeniyetmələri Narkomanlığa sürükləyən narko tacirlər öz çirkin məqsədlərinə çatmaq üçün hər cür vasitələrə əl atırlar. Ona görə də belə məsələrdə daha yaxşı olar ki, valideynlər uşaqların mobil telefonlarına daim diqqətlə yanasınlar. Uşaqlarının əsasən hansı səhvə və proqramlardan istifadə etdiklərini mütləq şəkildə valideynlər nəzarətdə saxlamalıdırlar ki, gəlcəkdə övladları bu kimi bəlalarla rastlaşmasınlar.
Birlik sədri Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizədə, Kibertalamlarlardan qorunmaqda valideyn və məktəb münasibətlərinin səmərəli əməkdaşlıq müstəvisində davam etdirilməsinin vacibliyini xüsusi olaraq vurğulayıb.
Zamin Zeynal
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.