İsmayıllıda "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" adlı tədbir keçirilib +FOTOLAR
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə "Müasir İnternet Resurslarının İnkişafı"İctimai Birliyinin "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" layihəsi çərçivəsində İsmayıllı rayonunda İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.
Millixəbər.az- ın məlumatına görə, tədbirdə "Müasir İnternet Resurslarının İnkişafı"İctimai Birliyinin sədri, "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" Layihəsinin rəhbəri Zamin Zeynal, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Rayon İcra Hakimiyyətinin Aparıcı məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Bəhruz Xələfov, müəllim və şagirdlər, ziyalılar fəal iştirak edərək çıxış ediblər.
MİRİİB sədri, "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" Layihəsinin rəhbəri Zamin Zeynal geniş məzmunlu çıxışında tədbirin əsas mahiyyətinə diqqət çəkərək bildirib ki, Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin belə bir ictimai,mədəni əhəmiyyətli layihəni qalib etməsi və dəstək göstərməsinin nəticəsidir ki, böyüməkdə olan nəsilə Ana dilimizin saflığının qorunması və təbliği yönümündə həyata keçirdiyimiz layihənin icrası
Birlik rəhbəri onunda xüsusi olaraq vurğulayıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət dilçilik siyasəti bu gün onun layiqli varisi, Qarabağ fatehi, Müzəffər Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Bu cür layihə və təşəbbüslərin vaxtında irəli sürülməsi və ölkəmizin 3 regionunda geniş şəkildə həyata keçirilməsi dövlətimizin dilçilik siyasətinə vətəndaş cəmiyyəti töhvəsidir.
Layihə ilə bağlı çıxışlarda bildirilib ki, xalqımızın əbədiyaşar lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə daima Ana dilinin saflığının qorunması və ölkəmizdə dilçilik sahəsinin inkişafına xüsusi diqqət və qayğı göstərib. Sevindirici haldır ki, dilçiliyə dövlət qayğısı bu gün də onun siyasi kursunun layiqli davamçısı, qalib Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ana dilinin saflığının qorunması ilə bağlı məsələrə hər bir Azərbaycan vətəndaşı müqəddəs vəzifə kimi baxaraq məsuliyyətlə yanaşmalıdır. Orta və ali məktəblərdə çalışan müəllimlər pedaqoji fəaliyyətlərində Ana dilimizin mükəmməlliyini, dünya dilləri sırasında tutduğu layiqli yeri və rolunu şagirdlərə geniş şəkildə təbliğ etməlidirlər ki, şagird və tələbələrimiz Ana dilimizi daha da dərindən sevib qürur hissləri keçirsinlər.
Qeyd edək ki, tədbirdə "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" layihəsi çərçivəsində hazırlanmış sosial çarx göstərilib.
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.