Binəqədi Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və 335 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsidir” adlı tədbir “keçirildi.
Millixəbər.az-ın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Amal Məlikov və şöbənin əməkdaşı Rəşadət Hidayətov, 335 nömrəli tam orta məktəbin direktoru Aynurə Nəzərli və məktəbin müəllim və şagird heyəti iştirak etdilər.
Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aynurə Nəzərli qonaqları salamlayaraq yeniyetmə-gəncləri milli-mənəvi dəyərlərimizə yad olan dini cərəyanlara qoşulmamağa çağırdı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev rayon ərazisində dini radikalizmə və ekstremizmə qarşı mübarizənin vacibliyindən söhbət açdı və görülən maarifləndirici tədbirlərlə bağlı ümumi məlumat verdi.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Rəşadət Hidayətov dini radikalizm və ekstremizmin törətdiyi fəsadlar barədə məruzə ilə çıxış edərək, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında dövlət-din münasibətlərinin tənzimlənməsinin əhəmiyyətindən söhbət açdı, gənclərimizi radikal təsirlərə və milli-mənəvi dəyərlərimizə yad olan dini ünsürlərə qoşulmamağa çağırdı.
Diskussiya şəklində davam edən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırıldı.
Binəqədi rayonu 335 nömrəli tam orta məktəbdə Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsidir” adlı tədbir “keçirildi
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.