Ağır vəziyyətdə KTM-ə qəbul edilən, 2 dəfə kliniki ölüm keçirən xəstənin həyatı xilas edilib
KTM-dən Millixəbər.az-a verilən məlumata görə, 22 yaşlı vətəndaş sirkə turşusundan zəhərlənmə səbəbi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.
Xəstəyə qida borusu, mədə-bağırsaq qanaxması, kəskin tənəffüs çatışmazlığı, həmçinin kəskin böyrək çatışmazlığı diaqnozları qoyulub, dərhal zəruri müalicə prosedurları başladılıb.
Həyat əlamətləri kifayət qədər aşağı olan xəstə 2 dəfə kliniki ölüm keçirib.
Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov və həkim-toksikoloq Savad Quliyevanın apardıqları müalicə tədbirləri nəticəsində xəstənin vəziyyəti stabilləşib, həyati təhlükəsi geridə qalıb.
2 aya yaxın davam edən stasionar müalicə prosedurlarından sonra xəstə kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.
İki dəfə kliniki ölüm keçirən xəstənin həyatı xilas edilib
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.