Ağızdan gələn xoşagəlməz qoxu - həssas, lakin çox geniş yayılmış bir problemdir. Statistikaya görə, 30 yaşdan yuxarı hər dörd nəfərdən biri bu problemlə üzləşir. Bir çox hallarda təravətli olmayan nəfəsin səbəbləri ağız boşluğunda gizlənir, lakin bəzi hallarda bu problem mədə-bağırsaq traktı və ya LOR orqanlarının xəstəlikləri ilə əlaqəli ola bilər.
Millixəbər.az-ın gazeta.ru-ya istinadla məlumatına görə, rusiyalı məşhur həkim-qastroenteroloqu Yekaterina Şesler bununla bağlı tövsiyələrini verib.
O bildirib ki, səhər yuxudan sonra, yaxud kəskin qoxulu qidalar qəbul etdikdən sonra ağızdan gələn xoşagəlməz qoxu tamamilə normal haldır.
"Bütün digər hallarda ilk növbədə ağız boşluğu xəstəliklərini: kariyesi, diş ətinin iltihabını və pis gigiyenanı istisna etmək lazımdır; Yəni təkcə diş fırçası və diş pastasından deyil, həm də diş ipindən, lazım gəldikdə isə irriqatordan müntəzəm istifadə etmək çox vacibdir. Əgər problem gigiyenada deyilsə, stomatoloqa müraciət edilməlidir", - deyə mütəxəssis qeyd edib.
Həkimin sözlərinə görə, ağızdan gələn qoxu burun ətrafı sinusların xroniki iltihabı və badamcıqlarda tıxaclarla da əlaqəli ola bilər.
"Həmçinin bəzi mədə-bağırsaq traktı xəstəlikləri də buna səbəb ola bilər, məsələn, zenker divertikulu (qida borusunun arxa divarının çıxıntısı). Xəstəlik boğazda qaşınma hissi, quru öskürək, yad cisim hissi, artmış tüpürcək ifrazı ilə özünü göstərə bilər. Yaxud qastroezofageal reflüks - yəni mədə möhtəviyyatının qida borusuna atılması ağızdan qoxu gəlməsinə gətirər", - deyə qastroenteroloq vurğulayıb.
O, həmçinin bu diskomfort vəziyyətin şəkərli diabetin əlamətlərindən biri ola biləcəyini deyib.
"Ammonyak qoxusu isə xroniki böyrək çatışmazlığının əlaməti ola bilər. Buna görə də utanmamaq və sağlamlıq üçün təhlükəli xəstəlikləri istisna etmək üçün bu həssas problemlə vaxtında həkimə müraciət etmək çox vacibdir", - deyə Şesler fikrini yekunlaşdırıb.
Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.