Əli Əsədov: "Parlament seçkisinin ilk dəfə bütün torpaqlarımızda keçirilməsi tarixi hadisədir"
"Parlament seçkisinin ilk dəfə olaraq bütün Azərbaycan torpaqlarında keçirilməsi tarixi hadisədir".
"Xalqımız kimi mən də sevinirəm ki, cənab Prezidentimizin və rəşadətli Azərbaycan Ordusunun səyləri nəticəsində torpaqlarımız işğaldan azad oldu. Torpaqlarımız işğaldan azad olunandan sonra keçirilən ilk növbədənkənar parlament seçkisidir. Parlament seçkisinin ilk dəfə olaraq bütün Azərbaycan torpaqlarında keçirilməsi tarixi hadisədir".
Millixəbər. az xəbər verir ki, bu fikirləri növbədənkənar parlament seçkisində səsvermə hüququndan istifadə edən Baş nazir Əli Əsədov jurnalistlərə açıqlamasında deyib. O, sözlərinə belə davam edib:
"Azərbaycanın bütün ərazilərində seçki prosesi keçirilir, bunun üçün çox şadıq. Xalqımızın etimad göstərəcəyi 125 deputata uğurlar arzulayıram. Dövlətçiliyimizin idarə olunmasında, qanunvericiliyin formalaşmasında və qanunlarımızın qəbul olunmasında parlamentin misilsiz xidmətləri var".
Zamin Zeynal
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.