Qurban Qurbanov: Rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz


Əlbəttə ki, ilk oyunun nəticəsi bərabərliklə yekunlaşıb və cavab matçında hər iki komanda qalib gəlmək istəyir. Rəqibin açıqlamalarından da görünür ki, çox iddialı və həvəslidirlər. Bu durum bizi daha da məsuliyyətli olmağa sövq edir. Deyərdim ki, bərabər səviyyəli iki komanda mübarizə aparır və hər ikisinin də qələbə qazanmaq şansı var. Hər bir halda inanıram ki, azarkeşlər baxımlı və maraqlı futbol izləyəcəklər. Biz də çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini nümayiş etdirək.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) komandası ilə keçiriləcək cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibin taktiki gedişləri və təcrübə faktorundan danışıb: “Mərhələ keçmək istəyiriksə, Bakıdakı matçla müqayisədə mütləq daha yaxşı oynamalıyıq. Rəqib oyunun gedişində daim sistemdə rotasiyalar və taktiki dəyişikliklər etməyə qadirdir. Buna görə də bizim en güclü silahımız öz oyunumuzu daha da təkmilləşdirmək və bacarığımızı maksimum nümayiş etdirməkdir.

Təcrübəyə gəlincə, həm bizim, həm də rəqibin kifayət qədər avrokubok təcrübəsi var. Rəqibin baş məşqçisi həm yaxşı futbolçu olub, həm də bacarıqlı mütəxəssisdir. Belə məsuliyyətli matçlarda daha soyuqqanlı və səliqəli oynamalıyıq. Dolu tribunalar və aqressiv azarkeş dəstəyi qarşısında oynamaq bizi qorxutmur, əksinə sevindirir. Əminəm ki, komandam daha cəsarətli olacaq və nəticədən asılı olmayaraq, azarkeşlər çox maraqlı mübarizəyə şahidlik edəcəklər”.

Yay transfer pəncərəsində komandanı tərk edən hücumçular və yeni futbolçuların potensialı barədə danışan baş məşqçi deyib: “Kollektivə tam uyğunlaşmış və oyunumuzu zənginləşdirən iki vacib futbolçumuz başqa klublara keçdi. Onlar komandamız üçün çox dəyərli idilər və hər ikisinə növbəti karyerasında uğurlar arzulayıram. Lakin keçmişə boylanmaq düzgün olmazdı. Heyətimizdə çox istedadlı yeni oyunçular var və mən onlara güvənərək komandaya dəvət etmişəm. Düzdür, fərqli üsluba malikdirlər, lakin özünəməxsus maraqlı oyun manevrləri var. İnanıram ki, gedən futbolçuların yoxluğunu hiss etdirməyəcək, meydana maksimum istəklə çıxaraq sona qədər mübarizə aparacaqlar”.

Bolqarıstan klublarına qarşı əvvəlki illərdə qeydə alınan böyükhesablı qələbələr barədə suala cavab verən mütəxəssis arxayınlığa yol verilməyəcəyini diqqətə çatdırıb: “Biz keçmiş nəticələr haqqında düşünmürük. İki il əvvəl 7 qol vurmağımız o demək deyil ki, bu gün də eyni nəticəni rahatlıqla təkrarlaya biləcəyik. Futbolda belə hesablar nadir hallarda olur. Bakıdakı ilk matçda rəqibin nə dərəcədə güclü olduğunu bir daha gördük. Müasir futbolda səviyyələr bərabərləşib və istənilən komanda sürpriz edə bilər. Bizim üçün əsas olan hesabın fərqi deyil – istər bir, istərsə də iki top fərqi olsun, vacib olan düzgün oyun qurmaqdır. Bu rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz. Böyükhesablı qələbələri unudub, yalnız sabahkı matçda lazımi nəticəni qazanmağa köklənmişik”.

Qeyd edək ki, iyulun 30-da Sofiyadakı Vasil Levski” adına Milli Stadionda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Son xəbərlər

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Bütün xəbərlər