Gündəm / Sosial / Səhiyyə / Dünya
Arzu Abdullayeva: İlk konfransımız stomatoloqların peşəkar inkişafı və yeni əməkdaşlıq imkanları üçün çox əhəmiyyətlidir

Bu konfransın Almaniyada yaşayan və çalışan stomatoloq həmkarlarımız üçün əsas faydası onların peşəkar karyeralarında düzgün istiqamət seçmələrinə, yeni imkanlar əldə etmələrinə və qurulan əlaqələrdən səmərəli şəkildə yararlanmalarına töhfə verməsidir.
Millixeber.az xəbər verir ki, AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyada Azərbaycanlı Diş Həkimləri Birliyinin İdarə Heyətinin üzvü Arzu Abdullayeva təşkilatın ilk illik konfransında media nümayəndələrinə müsahibəsində deyib.
Tədbirə marağın böyük olduğunu qeyd edən A.Abdullayeva bildirib: “İlk illik konfransımız olmasına baxmayaraq, tədbirə çoxsaylı həmkarlarımızın qatılması bizi olduqca sevindirir. Bu, həm bizim üçün, həm də gələcək konfransların təşkili baxımından əlavə motivasiya mənbəyidir. Ümid edirik ki, bu konfrans birliyimizin iştirakçı və üzvlərinin sayının artmasına da təkan verəcək. İnanırıq ki, qarşıdakı illərdə təşkil edəcəyimiz tədbirlərdə daha çox həmkarımız iştirak edəcək və birliyimizin fəaliyyətinə töhfə verəcək”.