Gündəm / Siyasət / İqtisadiyyat / Ölkə

Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi

27.11.2026 22:30 37
Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi


Hesablama Palatasında kadr islahatı aparılıb.

Millixeber.az Oxu.Az-a istinadən xəbər verir ki, Dövlət auditinin rəqəmsallaşdırılması və informasiya infrastrukturunun idarəedilməsi şöbəsinə yeni rəhbər təyin edilib.

Şöbəyə rəhbərlik Vasif Rəsulova həvalə edilib.

Qeyd edək ki, Vasif Rəsulov daha əvvəl Hesablama Palatasının Dövlət auditinin rəqəmsallaşdırılması və informasiya infrastrukturunun idarəedilməsi şöbəsinin müdir müavini - sektor müdiri vəzifəsini icra edib.