
Gündəm / Siyasət / Bölgə / İdman
30.09.2026, 12:10
Tahir Mirkişili: “Əminəm ki, Sumqayıt basketbolda da uğurlar əldə edəcək”

Azərbaycan Basketbol Federasiyasının ötən mövsümün yekunlarına və 2026/2027-ci il mövsümünün başlanmasına həsr olunmuş tədbiri keçirilib.
Tədbirdə qonaq qismində iştirak edən Milli Məclisin deputatı Tahir Mirkişili Azərbaycan Basketbol Liqasında yeni mövsümdə mübarizə aparacaq komandalar, o cümlədən ilk dəfə liqada təmsil olunacaq “Sumqayıt Basketbol Klubu” barədə fikirlərini bölüşüb.
Deputat bildirib ki, 2026/2027-ci il mövsümündə Azərbaycan Basketbol Liqasında mübarizə aparacaq 8 komandadan biri ilk dəfə olaraq “Sumqayıt Basketbol Klubu” olacaq.
“Sumqayıt şəhəri ölkəmiz üçün xeyli sayda idmançı yetişdirib. Əminəm ki, bu sahədə də uğurlar əldə ediləcəkdir”, – deyə Tahir Mirkişili qeyd edib.
O, yeni mövsümdə “Sumqayıt Basketbol Klubu”na uğurlar arzulayıb və komandanın şəhərin idman ənənələrinin davam etdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Millixeber.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














