Gündəm / Hadisə

Qazaxda 33 yaşlı kişi bıçaqlandı - Səməd Vurğunun qohumu imiş

04.11.2026 14:48 23


Qazaxda 33 yaşlı kişi bıçaqlanıb.
Millixəbər.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb.

Məlumata görə, hadisə söyüşə görə baş verib. X.Vəkilov orta məktəb şagirdini söyüb. Şagird də həmin gün axşam saatlarında evdən götürdüyü bıçaqla X.Vəkilova zərbələr endirib.

Bildirilir ki, hadisə nəticəsində bıçaqlanan şəxs Azərbaycanın mərhum Xalq şairi Səməd Vurğunun əmisi nəvəsidir.