Gündəm / Bölgə
Vətəndaş məmnunluğu diqqət mərkəzində: Balakəndə növbəti qəbul keçirildi

04 noyabr 2026-cı il tarixində Balakən Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev tərəfindən vətəndaşların növbəti qəbulu keçirilib.
Millixəbər.az xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub. Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan müraciətlərin həlli istiqamətində aidiyyəti şəxslərə yerində müvafiq tapşırıqlar verilib. Digər məsələlərlə bağlı isə dövlət qurumlarının yerli nümayəndələrinə müvafiq tövsiyələr çatdırılıb.
Qəbul zamanı şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları növbədənkənar qaydada qəbul ediliblər.
Vətəndaşların müraciətlərinin dinlənilməsi, onların qarşılaşdıqları problemlərin araşdırılması və qanunvericiliyə uyğun həlli istiqamətində tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılıb.





