Bu məhsullar payızda BAHALAŞACAQ - Səbəbi məlum oldu
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, hazırda kənd təsərrüfatı məhsulları üçün olduqca əlverişsiz hava şəraiti davam etməkdədir:
“Bahalığın əsas səbəbi kənd təsərrüfatı üçün qeyri-sabit və əlverişsiz hava şəraitinin davam etməsidir. Hələ avqust ayıdır, amma ardıcıl bir həftə yay havası görmürük. Yağış, dolu, külək bütün bitkilərin yerüstü hissələrini zədələyir, üzərindəki meyvəni tökür. Buna görə də ölkə ərazisində bostan-tərəvəz bitkilərinin məhsuldarlığı aşağı düşüb. Bu səbəbdən də bazarda bostan bitkilərinin qıtlığı müşahidə olunur. Bu qıtlıq bazardakı qiymətlərə təsir edir, meyvə-tərəvəzin qiymətlərinin bahalaşmasına gətirib çıxarır. Ölkə bazarlarında tələb təklifi üstələyir. Tələb çoxdur, təklif isə olduqca azdır. Belə bir şəraitdi təbii olaraq, qiymət bahalaşır”.
Ekspertin fikrincə, hazırki bahalaşma tendensiyası payız aylarında da davam edəcək:
“Üstəgəl, keçən illə müqayisədə bu il qiymətlər bir qədər artıb. Bütün məhsullarda bu artım özünü göstərir. Yəni köhnə, ənənəvi təsirlər yerində qaldığı halda, hava şəraitinin zərərləri də bura əlavə olunur. Bu zərərlər il boyu öz təsirini göstərəcək. Yay mövsümü artıq başa çatır və biz hələ bolluq görməmişik. Payız aylarında da eyni tendensiya davam edəcək. Çünki payızda yetişən meyvələr hazırda kal şəkildə ağacların üzərindədir. Onlar da eyni hava şəraitində həmin zərərli görüb. Bu səbəbdən bahalaşma bizi payızda da gözləyir”.
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.