Elşad Daşdəmirov: Mehriban xanım Əliyeva dünyada mərhəmət və humanizm ÖRNƏYİDİR
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti o qədər çoxşaxəlidir ki, həyatımızın hansı sahəsinə diqqət yetirsək, biz orada onun dəsti-xəttini, fəaliyyətinin nəticələrini və onun bizə qazandırdığı yenilikləri görə bilərik.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tez-tez cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşlərdə olur. Belə görüşlər, müzakirələr çox səmimi ortamda keçir. Elə Mehriban xanım Əliyevanın fəaliyyətinin, təşəbbüslərinin mənbəyində də cəmiyyətdən, əhalinin müxtəlif təbəqələrindən gələn sosial sifarişlər dayanır. Onun özü dəfələrlə bildirib ki, öz missiyasını insanları narahat edən məsələlərin həllinə yardım göstərməkdə görür. Mehriban xanım Əliyevanın ifadə etdiyi “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır” sözləri onun portretinin konkret ştrixlərini göz önündə canlandırır.
Ötən müddət ərzində Birinci vitse-prezident Mehriban Əliyeva dövlət başçısının və ona ümid bəsləyən insanların etimadını layiqincə doğruldub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir.
Ümumiyyətlə, Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir. O, fəal ictimai-siyasi xadim kimi, Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür. Mehriban xanım Əliyeva ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edərək Azərbaycanın davamlı inkişafına müstəsna töhfələr verir.
Təsadüfi deyildir ki, Azərbaycan bu gün beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Bunu göstərən mühüm amillərdən biri ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsidir. Bu məqamda vurğulamaq yerinə düşər ki, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, o cümlədən mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi edib. Məsələn, nüfuzlu “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilib, bu, ölkəmizin dünyada tanıdılması işinə xüsusi töhfələr verib. Eyni zamanda, 2015-ci ildə paytaxtımızda keçirilən ilk Avropa Oyunları zamanı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin yüksək əzmkarlığı sayəsində Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri dünyaya Azərbaycanın güclü potensialını, eləcə də yüksək nüfuzunu və qüdrətini bir daha nümayiş etdirdi. 2017-ci ildə paytaxt Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərdi, nəticə etibarilə, Azərbaycan IV İslam Həmrəylik Oyunlarına da müvəffəqiyyətlə ev sahibliyi etdi. Beləliklə, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizdə uğurla keçirilən tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına müstəsna töhfələr verib.
Mehriban xanımın gözəl bir sözü var. O, söyləyir: ”Hər kəsin yerini və taleyini tarix özü müəyyən edir. Odur ki,həyatda böyük və kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi dərk edilmiş məsuliyyətin imkan verir". Onun fəaliyyətinin uğur formulu məhz bu dərk olunmuş məsuliyyətdən keçir. Qadının həm təbiət ,həm də cəmiyyət tərəfindən üzərinə qoyulmuş vəzifələri, həmcinin tarixin müəyyən etdiyi taleyin qisməti kimi dəyərləndirilən missiyaları vardır. Mehriban xanımın taleyində bu missiyaların hər birinin öz yeri var.
Bir sözlə, Mehriban xanım mərhəmətin, humanizmin, yardımsevərliyin, müasir dövrümüzdə inkişafına təkan verən ən görkəmli şəxsiyyətdir.
Dərin hörmətlə,
Elşad Daşdəmirov,
Azərbaycan Vəkillər Kollegiyasının 38 Saylı Vəkil Bürosunun vəkili, YAP fəalı
Zamin Zeynal
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.