Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoruna verdiyi müsahibə dünya ictimaiyyətinin əsas müzakirə mövzularından birinə çevrilib. Dövlətimizin rəhbəri geniş müsahibə zamanı bir sıra mühüm açıqlamalar verdi. O, qlobal müstəvidə artan geosiyasi və geoiqtisadi gərginliklərdən, İkinci Dünya müharibəsindən sonra qurulmuş sistemin artıq qeyri-işlək olmasından, Azərbaycanın müstəqil xarici siyasət prioritetlərindən, Rusiya-Azərbaycan və Türkiyə-Azərbaycan münasibətlərindən, həmçinin Ermənistanın Fransa, ABŞ, Hindistan kimi ölkələr tərəfindən silahlandırılmasından söz açdı. Çox təəssüf ki, rəsmi Paris və Vaşinqtonun regional maraqları kontekstində Ermənistandan plasdarm kimi istifadə etməsi bölgənin təhlükəsizliyinə ciddi təhdiddir. Proseslərin bir istiqaməti Rusiyanı zəiflətməyə hesablanıbsa, digər bir istiqaməti də Azərbaycan və Türkiyə ittifaqının Cənubi Qafqazda söz sahibi olmasını əngəlləməyə yönəlib.
Millixəbər.az-ın məlumatına görə, bunu açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
Ermənistanın silahlanmasını təhlükəli proses kimi qiymətləndirən deputat deyib ki, rəsmi İrəvanın sərgilədiyi ritorika, xüsusilə hərbiləşmə meyilləri regionda silahlanma yarışını sürətləndirir. Bu da o anlama gəlir ki, Ermənistan faktiki olaraq növbəti müharibəyə hazırlaşdırılır və Cənubi Qafqazda münasibətlərin gərginləşdirilməsi fonunda təhlükəli oyunlar qurulur. Dünyadakı və regiondakı təhdidlər səbəbindən 2025-ci ildə hərbi büdcəmiz rekord məbləğdə – 5 milyard dollar həcmində olacaq.
“Bununla yanaşı, Rusiya və Azərbaycan əlaqələrindən danışan Prezident İlham Əliyev rəsmi Bakı və Moskva arasında imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”ni mühüm addım kimi qiymətləndirdi. Azərbaycan və Rusiya kifayət qədər çətin geosiyasi şəraitdə həm iqtisadi, həm də siyasi müstəvidə fəal əməkdaşlıq edir və əlaqələrimiz daha da genişlənir.
Dövlətimizin başçısının müsahibələri dünyada baş verən hadisələri, ölkəmizin onlara münasibətini özündə ehtiva edən zəngin mənbədir. Bu, Azərbaycanın regional və beynəlxalq arenada prinsipial mövqeyinin əks olunduğu yol xəritəsidir”, – deyə Günay Ağamalı vurğulayıb.
Günay Ağamalı: “Azərbaycan Cənubi Qafqazda sülh təminatçısıdır”
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.