Mingəçevir Dövlət Universitetindən (MDU) 2024/2025-ci tədris ili üçün tələbə qəbulu ilə bağlı yeni qərar
Mingəçevir Dövlət Universiteti (MDU) 2024/2025-ci tədris ili üçün tələbə qəbulu ilə bağlı yeni qərar təsdiqlənib. Qərara əsasən universitetə 500-dən yuxarı bal toplayaraq qəbul olunacaq tələbələrə topladığı bala uyğun olaraq birdəfəlik təqaüdün verilməsi nəzərdə tutulub.
Millixəbər.az- ın məlumatına görə bu qərar təhsilalanların stimullaşdırılmasını və MDU-nun inkişafında pay sahibi olmaları üçün yüksək bal toplayan abituriyentlərin cəlb edilməsi məqsədini daşıyır.
Nəzərdə tutulan təqaüd proqramı ilə yanaşı, 2024/2025-ci tədris ilinin ikinci semestrindən etibarən MDU-da kurslar üzrə tələbələrə “Top 10” və müxtəlif qurumlarla əməkdaşlıqlar çərçivəsində adlı təqaüdlərin verilməsi də planlaşdırılır. Bu təşəbbüslər tələbələrin akademik müvəffəqiyyətini və motivasiyasını artırmaq məqsədi daşıyır.
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.