Ölkəmiz ŞƏT ilə əməkdaşlıqda olduqca maraqlıdır ŞƏRH
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazandığı, misilsiz uğurlara imza atdığı istiqamətlərdən biri də onun xarici siyasətidir. Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur.
Hazırda dövlətimiz dünyanın bir sıra mötəbər beynəlxalq təşkilatlarının tamhüquqlu üzvüdür. Azərbaycan Respublikası dünyanın 177 dövləti ilə diplomatik əlaqələr qurmuşdur.Belə ki, ölkəmiz öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir.
Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olan təşkilatlardan biri də bu gün dünya əhalisinin təqribən yarısının yaşadığı coğrafiyanı əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatıdır. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən və uzunmüddətli münaqişənin həllinə nail olaraq ərazi bütovlüyümüzü bərpa etdikdən sonra dövlətimizə marağı artan beynəlxalq subyektlərdən biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir.
Bu əməkdaşlıqlardan biri də, cari ilin 4 iyul tarixində Prezident İlham Əliyevin Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxışı, ölkələrarası əməkdaşlıqlarımızın inkişafına yeni bir nailiyyət kimi yazıldı. Ölkə Başçısı “ŞƏT plyus” formatında bir çox əsas məsələlərə toxunub. O qeyd edib ki, “Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq”.
Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq”.
Bir sözlə, sammitin gedişində bütün dünya ictimaiyyəti bir sıra məqamları, xüsusən də ölkəmizin, Azərbaycanın artan nüfuzunu ardıcıl olaraq müşahidə etdi. Azərbaycanda noyabr ayında COP29 tədbiri keçiriləcək. Bu təşkilata daxil olan dövlətlər də COP29-da iştirak edəcəklər. Onu da qeyd edək ki, bu dövlətlərin demək olar ki hamısı, Azərbaycanın həm ərazi bütövlüyünü,44 günlük müharibənin nəticələrini qəbul edir. Həm də Azərbaycan Qafqazdan bu təşkilatda iştirak edən yeganə dövlətdir. Ona görə də cənab Prezidentin orada bir fəxri qonaq kimi iştirakı çox mühüm əhəmiyyətə malikdir. İnanıram ki, cənab Prezidentin yürütdüyü siyasət Azərbaycana böyük uğur gətirəcək.
Elşən SƏFƏROV,
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.