Fidan Hüseynov: Azərbaycan təşkilatın işində aktiv iştirak edir.
Cari ilin 4 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə fəxri qonaq qismində iştirak etmişdir.
Qazaxıstan Prezidentinin cənab İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu regional təsisatın Sammitində fəxri qonaq qismində görmək istəyi və dəvəti ümumilikdə quruma üzv ölkələrin Azərbaycana, Prezidentimizə böyük hörmətin göstəricisidir. Dövlət başçısı səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirdi, bugünümüz üçün aktual olan məsələlər ətrafında fikir mübadiləsi apardı.
Azərbaycan Respublikasının Prezidenti Zirvə toplantısında Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyətin Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil etdiyini, eyni zamanda coğrafi mövqeyi və nəqliyyat strukturuna qoyulmuş böyük sərmayələrin Azərbaycanı Avrasiyanın nəqliyyat-logistika qovşağından birinə çevirmək imkanını verdiyini qeyd etdi.
Azərbaycan hazırda öz tərəfdaşları ilə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tonadək artıb. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının isə illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırılacağı nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynadığından söz açdı. Qeyd etdi ki, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həmçinin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Ölkə başçısı cənab İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etməsindən və Ermənistanın otuzillik işğalına son qoymasından bəhs edərək, bütün bunların beynəlxalq hüquq və tarixi ədalətin bərpası kimi qiymətləndirilməli olduğunu və Azərbaycanın Ermənistanın otuzillik işğalına son qoymaqla BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsini icra etdiyini diqqətə çatdırmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti də vurğulayaraq qeyd etmişdir: "Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq".
Ümumilikdə Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın maraqlarına tam cavab verir. Bu, ölkəmizin beynəlxalq əlaqələrində yeni səhifə açmaqla yanaşı, onun siyasi, iqtisadi və digər mühüm parametrlər baxımından daha da güclənməsi deməkdir.
Fidan HÜSEYNOVA,
YAP Quba rayon təşkilatının sədri
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.