Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi +FOTOLAR
Millixəbər.az xəbər verir ki, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, nümayəndəlik, nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 8-ci mikrorayon İ.Dadaşov küçəsi 72 ünvanında 3 ədəd quru ağacın kəsilməsi, vətəndaşın işlə təmin olunmasına köməklik göstərilməsi, N.Nərimanov küçəsi 85 ünvanında quru ağacların kəsilməsi, Azadlıq prospekti 186 ünvanında tikintisi başa çatmamış divarın sökülməsi və yaş həddinə görə müqaviləsinə xitam verilmiş sosial işçinin yenidən işə götürülməsi, S.S.Axundov küçəsi 4 ünvanında liftin dəyişdirilməsi və liftin elektrik xəttlərinin yüklənməsinin aradan qaldırılması, Azadlıq prospekti 180/20 ünvanında “Azərsu” ASC tərəfindən su xəttinin təmiri zamanı sıradan çıxmış asfalt örtüyünün bərpa olunması, İ.Dadaşov küçəsi 71 ünvanında quru və təhlükəli vəziyyətdə olan ağacların kəsilib-götürülməsi, həmin ünvanda liftin təmiri və həyətin asfaltlanması, Azadlıq prospekti 184/24 ünvanında binanın üzlüyünün və navalçaların təmiri, eyni zamanda həmin ünvanda “Azərişıq” ASC tərəfindən səkidə aparılan təmir işləri zamanı sıradan çıxmış asfalt örtüyünün bərpa olunması, Ş.Məmmədova küçəsi 15 ünvanda yeni salınan həyətə asfalt örtüyünün çəkilməsi və işıq dirəklərində lampaların olmaması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.