Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən xidməti müşavirə keçirilib
Müşavirə Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət yanğın nəzarəti idarəsinin xidməti sahəsinə daxil olan Abşeron, Binəqədi və Qaradağ rayonları ərazisində yerləşən mühüm əhəmiyyətli, təhlükə potensiallı obyektlərdə, həmçinin yaşayış sektorunda yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, eyni zamanda qarşıda duran vəzifələr və onların həlli yollarının müzakirəsi məqsədilə təşkil olunub.
Millixəbər.az- ın məlumatına görə, tədbirdə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Cəmil Xudiyev, Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov, “Azərişiq” ASC və “Azəriqaz” İB-nin məsul əməkdaşları, rayon polis şöbələrinin nümayəndələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin rəhbər şəxsləri, bələdiyyə sədrləri və iri sahibkarlar iştirak ediblər.
Müşavirədə məişət və istehsalat tullantılarının qanunsuz yığıldığı ərazilərin təmizlənməsi, nasaz yanğın su hovuzlarının və hidrantlarının bərpası, mühüm əhəmiyyət kəsb edən, eyni zamanda təhlükə potensiallı müəssisələrin, yaşayış binalarının, eləcə də insanların kütləvi toplaşdığı obyektlərin yanğına qarşı vəziyyəti müzakirə olunub, nöqsanlar və pozuntular diqqətə çatdırılıb və problemlərin aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.
Müşavirədə COP29 ərəfəsində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsinə dair planlar müzakirə edilib.
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.