Azərbaycanda 17 yaşlı qızı evləndirmək istədilər- işə polis qarışdı
Azərbaycanda erkən nikahın qarşısı alınıb.
Ölkə.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə məlumat verib.
O, əvvəlcə İmişli rayonu Məzrəli kəndində 11 sentyabrda 17 yaşlı qızın toyu olacağını bildirib.
K.Ağazadə deyib ki, İmişli Rayon İcra Hakimiyyəti əməkdaşları qızı icraya aparmaq istədikdə bəyin atası qızın anasının xəstə olduğunu deyərək mane olub. Bəyin atası qızın həyati təhlükəsinin olduğunu iddia edib.
Daha sonra K.Ağzadə toyun qarşısının alındığını, qızın təhsil almasına şərait yaradılacağını söyləyib.
O, operativ reaksiya göstərdiklərinə görə Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşlarına təşəkkür edib.
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.