Lalə Məmmədova: Qadın özünü xoşbəxt etməyi bacarmalıdır
Millixbər.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Həftənin qonağı" verilişində deyib. Müğənni şəxsi həyatından, sevgidən danışıb:
"Boşanmış qadına yalnız onu xoşbəxt etməyə qadir insan yaxın durmalıdır. O qadın bir dəfə yıxılıb, parça-parça olub. Ayağa durur, özünü yapışdırır. O qadının özündən ağır mənəvi yükü var. Hələ övladı varsa... Onu xoşbəxt edəcəksənsə, yaxın durmalısan. Qadını sevilmək duyğusu bütün plastik əməliyyatdan, kosmetikadan gözəl göstərir. Əgər bir qaşıq sevgi verib çömçə-çömçə burnundan gətirəcəksənsə elə qadın tək qalsın. Qadın özünü xoşbəxt etməyi bacarmalıdır. Qərara gəldim ki, Azərbaycan kişisi xoşbəxt olmaq istəmir. Çünki eqosu birincidir. Mən, mən deyir".
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.