Bu gün fərəhlə deyə bilərik ki, Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu kadr siyasətinin strateji istiqaməti dövlətin inkişafı üçün vacib olan kadr potensialının yaradılmasına və ondan səmərəli istifadəyə xidmət etməklə dövlətin gücləndirilməsinə və peşəkar dövlət qulluğunun formalaşdırılmasına yönəlib.
Dövlət siyasətinin əsasında formalaşan, mürəkkəb struktura və obyektiv məzmuna malik olan kadr siyasəti səmərəli dövlət qulluğu üçün zəruri əhəmiyyət kəsb edir. Hazırda respublikamızda kadr siyasəti peşəkarlığa, müasirliyə, milli ideologiyaya və milliliklə ümumbəşəri dəyərlərin optimal vəhdətinə əsaslanır. Milli-mənəvi dəyərlərə bağlı, dövlətini və millətini sevən, yaradıcı təfəkkürlü, yüksək ixtisaslı, geniş dünyagörüşlü, peşəkar kadrların dövlət qulluğuna cəlb olunması üçün bu sahədə işlərin davamlılığı olduqca vacibdir.
Dövlət orqanlarında kadr siyasətinin müasir tələblərə uyğun həyata keçirilməsində milli, vətənpərvər QHT təmsilçilərinin bilik və bacarığından səmərəli istifadə edilməsi bu sahədə aparılan işlərə yaxşı nümunə ola bilər. Hazırda ölkəmizdə zəruri olan kadır bankına dövlət QHT münasibətləri fonunda səriştəli QHT təmsilçilərin dövlət qurumlarında müvafiq işlərə cəlb etməklə dövlətin kadr siyasətinə müsbət təkan vermək olar. Onu da nəzərə alsaq ki, bütün dövrlərdə Azərbaycanda bir çox vətəndaş cəmiyyətlərini təmsil edən soydaşlarımız milli maraqlardan çıxış ediblər. Buna hər birimiz Laçın-Xankəndi yolunda QHT təmsilçilərinin fədakarlıqla davam etdirdikləri ekoloji aksiya zamanı bir daha şahidi olduq. Bundan əlavə son günlərdə dünya liderlərinin qatıldığı ölkəmizin də uğurla ev sahibliyi etdiyi COP29 beynəlxalq tədbirində Azərbaycanın Vətəndaş Cəmiyyəti təsisatlarının xüsusi fəalllığı,konfranslarda milli maraqlar kontekstində etdikləri çıxışlar bu sektorun nə qədər faydalı olduğunun əyani təsdiqidir.
Qürur hissi ilə deyə bilərik ki, bir neçə gün öncə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə qardaş Özbəkistana edilən rəsmi-işgüzar səfərdə ölkəmizi müvəffəqiyyətlə təmsil edən QHT təmsilçilərimiz çoxşaxəli görüşlərində Azərbaycan Özbəkistan arasında ictimai-siyasi münasibətlərə verdikləri vətəndaş cəmiyyəti töhvələri hər iki dövlətin yaxın gələcəkdə dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə böyük töhvə vermiş oldu.
Zamin Zeynal,
"Müasir İnternet Resurlarının İnkişafı" İctimai Birliyinin sədri
Zamin Zeynal:Dövlət QHT münasibətləri inkişafa və yeniliklərə yol açır
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.