MÜASİR, MÜSTƏQİL AZƏRBAYCANIN TARİXİNİN YARADICISI
Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür.
Bu gün müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri, ölkəmizin aydın sabahı naminə həyatını belə əsirgəməyən Heydər Əliyevin əbədiyyətə qovuşmasından 21 il keçir.
Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salsaq ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın tarixinin yaradıcısıdır. Çünki o müstəqil milli dövlətçiliyin təməlini qoyan, onu pillə-pillə ucaldan bir şəxsiyyətdir. Bu mənada tam qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda döyüşən və onun qələbəsini təmin edən istedadlı sərkərdədir.
Heydər Əliyevin mübarizliyi bir çox siyasətçilərdən fərqli olaraq, onun sözündə yox, əməlində idi. Onun tərcümeyi-halı aydın göstərir ki, yüksək ali dəyərləri öyrənib təfəkküründən keçirmiş, dünyanın və zamanın dərkinə səyini heç zaman əsirgəməmiş bu dahi bütün ali keyfiyyətlərini xalqının və Vətəni Azərbaycanın azad və xoşbəxt gələcəyinə xidmət etməyə səfərbər etmişdi”. “XIX əsrin tanınmış Amerika şairi Henri Longfello yazır; “ Böyük insanlar əbədiyyətə qovuşanda onların saxladıqları nur çox uzun illər sonra da bəşəriyyətin yolunu işıqlandırmaqda davam edir.” Heydər Əliyev elə bir nadir şəxsiyyət və möhtəşəm dövlət xadimi idi ki, onun işığı hələ neçə əsrlər müstəqil Azərbaycan dövlətinin, onun bütün varlığı ilə sevdiyi Azərbaycanın və Azərbaycan xalqının yolunu işıqlandıracaq”.
Heydər Əliyevinin 1993-cü ilin iyununda xalqın təkidli, tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən idi.
“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” deyən Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin tərəqqisi üçün bir insanın həyatı boyunca bir dövlət üçün edə biləcəyi hər şeyi etdi və ömrünün ən möhtəşəm əsərini – Müstəqil Azərbaycanı əsasını qoydu.
Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Bütövlükdə isə Heydər Əliyev epoxası yüksəliş epoxasıdır. İqtisadiyyatdan başlamış mədəniyyətə qədər müxtəlif sahələrdə yüksəliş epoxası. Təkcə sovet hakimiyyəti illərində onun göstərdiyi görkəmli fəaliyyət böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır.
“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Bəli, o, bütün ömrünü Azərbaycanın indiki nailiyyətlərinə həsr etmişdi və indi gündən-günə daha da güclənən, inkişaf edən müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Heydər Əliyevin ömrünün davamıdır.
90-cı illərin əvvəllərində Azərbaycanın həlli görünməyən müdhiş problemləri vardı. Ölkə dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Lakin eyni zamanda bu ölkəni öz canı qədər sevən Heydər Əliyev kimi böyük şəxsiyyət vardı. Xalqın müraciəti ilə Heydər Əliyev Azərbaycan tarixinin bu həlledici anında özünü vətənin harayına yetirən sərkərdə olaraq onu uçurumun astanasında tutub saxladı və ona heç zaman düşmən iradəsinə təslim olmamaq şansını verdi. Ölkəmizə özünəməxsus bir siyasi realizmlə müstəqil dövlət quruculuğuna təkan verdi.
Azərbaycan onun böyük vətəni idi. O öz böyük vətənini sevdiyi kimi, kiçik vətənini, yəni ailəsini də dünyalarca sevirdi. Ailə onun dayağı idi, ona bütün işlərində dəstək idi. Onun ailə dəyərlərinə verdiyi qiymət həmişə hörmətlə xatırlanır və xatırlanacaqdır. Bizim hər birimiz fəxr etməli və qürur duymalıyıq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyevlə yanaşı Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyevin sevimli nəvələri ləyaqətlə davam etdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərirlər.
Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.
Zamin Zeynal
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.