Rusiyada yaşayan azərbaycanlı iş adamının 675 min dollarını dələduzluq yolu ilə ələ keçirən şəxslərin məhkəmə prosesi başlayır. Əvvəllər ağır cinayətdə, yəni qəsdən adam öldürməkdə təqsirli bilinən, hazırda digər xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən, barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Qaytaranov Rəşad Adil oğlu və barəsində həbs qətimkan tədbiri seçilən Mustafazadə Səməndər Adil oğlunun məhkəmə prosesinin hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə dekabr ayının 25-də keçirləcək.
Qaytaranovla Mustafazadə birləşərək əminin 675 min dollarını ələ keçirdi
Zərərçəkən Rasim Mustafayevin nümayəndəsi-müdafiəçisi ilə Elşad Daşdəmirovun “Unikal”a verdiyi açıqlamaya görə, Qaytaranov Rəşad Adil oğlu tanışı Mustafazadə Səməndər Adil oğlu ilə qabaqcadan birləşərək Rusiya Federasiyasında yaşayan iş adamı Səməndərin əmisi Mustafayev Rasim Şirzad oğlunun həyata keçirdiyi biznes fəaliyyəti nəticəsində Azərbaycan Respublikası ərazisində əldə etdiyi pul vəsaitlərini qanunsuz yolla beynəlxalq pul köçürmə sistemləri ilə ona çatdırılmasını təmin edib. Belə ki, adları çəkilən şəxslər Rasim Mustafayevin etibarını qazanaraq hesabına köçürülməsi və ya təyin edəcəyi şəxsə çatdırılması üçün kulli miqdarda məbləğləri ələ keçiriblər. İlk olaraq Səməndər Mustafazadə şəxsiyyətləri istintaqla dəqiqləşdirilməyən şəxslərdən 06 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Günay Bank”ın inzibati binasının yaxınılığında 175 min ABŞ dolları məbləğində pul vəsaitini və 16 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin yaxınlığında 500 min ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçiriblər.
Adları çəkilən şəxslər Bakı şəhəri ərazisində yerləşən müxtəlif bahalı otel və restoranlarda təşkil etdikləri eyş-işrət məclislərində, istirahət mərkəzlərində xərcləməklə, avtomobillərin alqı-satqısı, icarəsi biznesinə yatırım etməklə və digər şəxsi ehtiyacları üçün sərf etməklə verdiyi vədinə əməl etməyib ümumilikdə zərərçəkmiş şəxs Mustafayev Rasim Şirzad oğluna xüsusilə külli miqdarda, yəni 1.147.500 (bir milyon yüz qırx yeddi min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçiriblər.
Vəkil Elşad Daşdəmirovun sözlərinə görə, bununla belə, cinayətin əsas iştirakçısı Rəşaq Qaytaranov həbs edildikdən sonra qısa müddətdə müxtəlif yollarla Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxdı. Belə ki, onun azadlıqda qalması, həm zərərçəkən Rasim Mustafayev, həm də hazırda həbsdə olan Səməndər Mustafazadənin ailəsi üçün də təhlükədir. Belə ki, digər təqsirləndirlən Səməndər Mustafazadə ibtidai istintaqa verdiyi ifadəsində təsdiq edib ki, Rəşad Qaytaranov onun ailəsi və əmisi Rasim Mustafayevi dəfələrlə ölümlə hədələyib. Bununla bağlı istintaqda səs yazıları da mövcuddur. Həmçinin təqsirləndirlən şəxslər tərəfindən dəymiş ziyandan bir manat pul belə zərərçəkmişə ödənilməyib. Biz Rəşad Qaytaranovun həbs edilməsi ilə bağlı adiyyatı orqanlara ərizələrimizi göndərmişik, müraciətlərimizi etmişik.
Təqsirləndirlən şəxs Rəşad Qaytaranova gəldikdə isə, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.07. 2014-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək barəsində sağalana qədər, tibbi xarakterli məcburi tədbirlər - ümumi tipli psixiatriya stasionarında məcburi müalicə tətbiq edilib. Məhkəmə istintaqı zamanı Rəşad Qaytaranov ona elan olunmuş ittihamla özünü təqsirli bilib.
Belə ki, Rəşad Qaytaranov 2013-cü ilin avqust ayının 8-də xalası oğlu Sənan Məhərrəmova qarşı Alim Abuşov tərəfindən edilən xuliqanlıq əməlini araşdırmaq niyyəti ilə onunla görüşmək qərarına gəlib. Bu məqsədlə həmin gün axşam saatlarında Nizami rayonu, Naxçıvanski küçəsi 48 saylı ünvanda yerləşən “Şəki” kafesinə yollanıb. Rəşad Qaytaranov Alim Abuşovla mübahisə edərkən, həmin vaxt sonuncunun həmkəndlisi Ruslan Abbasov söhbətə müdaxilə edib. O, əlindəki pivə bakalı və çəngəllə Rəşada zərbə endirib. Ruslanın hərəkətlərindən əsəbləşən Rəşad Qaytaranov cibindən çıxardığı bıçaqla onu vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. (“Unikal”)
“Ölümlə həbsdə olan şəxs yenidən ağır cinayət törətsə də, azadlıqda gəzir” - Vəkil 675 min dollarlıq cinayət işindən danışdı
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.