Millixəbər.az Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Qədir Kərimovla müsahibəsin təqdin edir

- Yeni tədris ilin açılmasına az qalmış valideynləri maraqlandıran əsas məsələlərdən biri də çanta seçimidir. Qədir müəllim, uşaqlar üçün düzgün məktəb çantası necə olmalıdır?

- Bu, çox aktual və vacib bir mövzudur. Təəssüf ki, bu məsələyə bəzən yetərincə ciddi yanaşılmır.
Məktəbli çantası uşağın sağlam inkişafı üçün böyük əhəmiyyət daşıyır. Uşağın daşıdığı çanta dolu halda onun bədən çəkisinin 10-15%-dən artıq olmamalıdır. Yəni, 30 kiloqramlıq bir uşaq üçün maksimum 3-4 kq normaldır, lakin 5 kq yük təhlükəsiz sayılır. Çanta boş halda yüngül olmalıdır (mümkün qədər 1 kq-dan az).

Eyni zamanda, çantanın ölçüsü uşağın boyuna uyğun olmalıdır. Çanta kürəyin eni qədər və ya bir az dar olmalı, beldən aşağı sallanmamalıdır.
Çanta ağır olsa və tək tərəfli çiyin asqısı istifadə edilsə, əzələlər çətinlik çəkəcək, xüsusilə boyun bir tərəfə əyiləcək. Bir çiyində daşınan çantalar onurğada sağ və ya sola əyilmələr (skolioz) kimi onurğa problemlərinə səbəb olataq, boyun əzələlərində gərginlik, boyun arxasında ağrı və damar dartılmaları, baş ağrısı yaradacaq.

Ağır və qeyri-düzgün şəkildə kürək çantası daşıyan və pillələri qalxıb-enən uşaqlarda ayaq ağırıları daha çox olur.
Məktəbli çantasının asqı və ya qayışlarının uzun və ensiz olması bütün ağırlığın belə yönlənməsinə səbəb olur. Bədənin ağırlıq mərkəzinin arxaya sürüşməsi nəticəsində bel əzələlərində həddindən artıq yükə səbəb olur və ağrı meydana gəlir.

Çantadakı çiyin asqılarının geniş və yumşaq olması çiyində yükün bərabər paylanmasına kömək edir, dar və sərt çiyin asqıları əzələnin müəyyən nöqtələrinə ağırlığın yüklənməsinə səbəb olacaq. Çiyin qayışları ikitərəfli, enli (ən azı 4–5 sm) və yumşaq olmalıdır. Uzunluğu tənzimlənməli, hər iki çiyinə bərabər paylanaraq taxılmalıdır.Yalnız bir çiyində daşınan modellər uşaqlar üçün uyğun deyil.

Əgər çiyin asqıları incə, ensiz, uzun və çanta ağır olarsa, sinirlərə təzyiq edəcək. Nəticədə, əl və qola gedən sinirlər zədə alacaqlar.

- Doktor, məktəbli çantalarının düzgün seçilməsi nə dərəcədə vacibdir?

- Məktəbli çantasının düzgün seçilməsi uşağın onurğa sağlamlığı üçün son dərəcə vacibdir. Çünki uşaqlar hər gün uzun müddət onu daşıyır, çantanın forması, çəkisi və quruluşu onların sağlamlığına birbaşa təsir edir.
Ən vacibi duruş və skelet sağlamlığıdır. Belə ki, ağırlığı düzgün paylamayan çantalar bel, boyun, kürək əyriliklərinə, həmçinin uşaqlarda skolioz, kifoz və lordoz riskinin artmasına səbəb ola bilər.
Digər bir səbəb əzələ və oynaqların qorunmasıdır. Ağır və düzgün formalaşmayan çanta çiyin, bel və diz oynaqlarına əlavə yük salır. Bu da, uşaqda tez yorulma, əzələ gərginliyi yaradır.
Qeyd etmək istəyirəm ki, rahat çanta şagirdlərə dərs yüklərinin daşımasını asanlaşdırır. Bu zaman uşaq özünü daha rahat və güvənli hiss edir, dərsə həvəslə gedir.
Səhv çanta seçimi illərlə davam edən xroniki bel və boyun ağrılarına səbəb ola bilər. Hətta gələcəkdə onurğa problemlərinə görə müalicə zərurəti yarana bilər. Yəni, məktəbli çantasının düzgün seçilməsi təkcə rahatlıq üçün yox, uşağın ümumi sağlam inkişafı üçün həyati dərəcədə vacibdir.
Uşaqların skelet sistemi inkişaf mərhələsində olduğu üçün ağır, düzgün seçilməmiş və ya ortopedik dəstək verməyən çantalar skolioz, kifoz, onurğa əyrilikləri və duruş pozuntuları kimi ciddi ortopedik problemlərə səbəb ola bilər.
Düzgün seçilmiş çanta onurğaya bərabər yük yayılmasını təmin edir, çiyin, boyun və bel ağrılarının qarşısını alır.
Çantanın yüngül, ortopedik arxa dayaqlı və tənzimlənən iki çiyin qayışı olmalıdır. Belə olduğu təqdirdə, uşaq çantanı düzgün və sağlam şəkildə daşıya bilir.
Düzgün seçilməmiş çanta uşağın onurğasında əyriliklərə, çiyin və bel ağrılarına, duruş pozğunluğuna səbəb ola bilər. Uşaqlarda sümük və əzələ sistemi inkişaf mərhələsində olduğu üçün çantanın çəkisi və forması ciddi rol oynayır.

- Bu məsələdə valideynlər öz övladlarına necə kömək göstərə bilərlər?

- Bu problemin həllində valideynlərin rolu əvəzsizdir. Onlar uşağın çantasını gündəlik yoxlamalı, artıq əşyaları çıxarmalıdırlar. Həmçinin, uşağa çantanı iki çiyində və düz duraraq daşımağı öyrətməli, düzgün duruş üçün sadə ev məşqləri və çantanın iç çəkisinə müntəzəm nəzarət etməlidirlər.
Eyni zamanda, ortopedik ayaqqabılar və idmanla uşağın əzələlərini gücləndirməlidirlər. Bundan əlavə, masa arxasında duruş qaydalarına əməl etməli və mütəmadi olaraq ortopedik müayinəyə aparmaqları tövsiyə olunur.
Əgər uşaq çanta daşıdıqdan sonra bel, boyun və ya çiyin ağrısından şikayət edirsə, duruşda əyilmə, bir çiynin digərindən yuxarı olması müşahidə olunursa, habelə tez-tez yorulduğunu deyirsə, gedişində axsama, tarazlıq problemi və ya bel nahiyəsində asimmetriya varsa, bu, artıq yük və ya yanlış çanta istifadəsinə işarədir. Bu zaman travmatoloqa və ya ortopedə müraciət edilməlidir.
Sonda qeyd etmək istəyirəm ki, valideynlər çanta seçimini zövqə görə deyil, sağlamlığa görə etməlidirlər. Uşaq çantasını rahat daşımalı və heç bir narahatlıq hiss etməməlidir.

Çanta sağlam gələcəyin vacib detallarındandır. Valideynlər uşaqların çantasını nə qədər diqqətlə seçər, yüklənməsinə nəzarət edər və düzgün daşıma vərdişlərini aşılayarsa, bir o qədər gələcəkdə travmatoloji və ortopedik fəsadların qarşısını ala bilər.

Son xəbərlər

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Bütün xəbərlər