ZƏNGİLAN QƏHRƏMANLIQ RƏMZİ VƏ TARİXİ ZƏFƏRİN SİMVOLUDUR


Azərbaycanın şanlı tarixi yüzillər boyu xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizələrlə zəngindir. Bu tarixdə qəhrəmanlıq, vətənpərvərlik və torpaq sevgisinin simvoluna çevrilmiş bölgələrdən biri də Zəngilandır.

Qədim Zəngəzur torpağının ayrılmaz parçası olan Zəngilan, əsrlər boyu Azərbaycanın dövlətçilik ənənələrinin daşıyıcısı kimi milli yaddaşda xüsusi yer tutub. 20 oktyabr tarixi isə bu qədim diyarın yenidən azad nəfəs aldığı, tarixi ədalətin bərpa olunduğu möhtəşəm bir gün kimi tariximizə yazılıb. XIX əsrin əvvəllərində Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra aparılan inzibati bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına daxil edilmişdi. Bu əraziyə Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın bölgələri daxil idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı nəticəsində regionun siyasi xəritəsi zor gücünə dəyişdirildi. Bolşeviklərin dəstəyi ilə Zəngəzurun yuxarı hissəsi Ermənistana birləşdirildi, aşağı hissə – o cümlədən Laçın, Qubadlı və Zəngilan isə Azərbaycanın tərkibində qaldı. Bu inzibati qərar bölgənin tarixi, etnik və mədəni bütövlüyünə ağır zərbə vurdu. Zəngilan təbii sərvətləri, münbit torpaqları, zəngin su ehtiyatları və təbii-coğrafi mövqeyi ilə Azərbaycanın mühüm bölgələrindən biridir. Araz, Həkəri, Oxçu və Bəsitçay kimi çaylar rayon ərazisindən axır, ərazinin kənd təsərrüfatı və suvarma imkanlarını formalaşdırır. XX əsrin əvvəllərində burada 29 kolxoz-sovxoz, bir arıçılıq təsərrüfatı, bir neçə kooperativ və dəmiryol müəssisəsi fəaliyyət göstərirdi.

1993-cü ilin payızında Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzü nəticəsində Zəngilan rayonu tam mühasirəyə alındı. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan 67 gün düşmən mühasirəsində qəhrəmancasına döyüşdü. Düşmənin texnika və canlı qüvvə üstünlüyünə baxmayaraq, zəngilanlılar torpaqlarını son anadək qorudular. Oktyabrın 25–29-da baş vermiş ağır döyüşlər nəticəsində 235 nəfər şəhid və itkin verildi. Əhali Araz çayını keçərək İran ərazisi vasitəsilə Azərbaycanın müxtəlif rayonlarına sığındı. Bu dövr təkcə bir rayonun faciəsi deyildi – bu, həm də xalqın yaddaşında əbədi iz buraxmış qəhrəmanlıq səhifəsi idi. 27 il ərzində Zəngilanın torpaqları düşmən tapdağı altında qaldı, şəhər, kəndlər, məscidlər və mədəni irs abidələri dağıdıldı. Lakin zəngilanlılar heç vaxt ümidlərini itirmədilər, qayıdış gününü səbr və inamla gözlədilər. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi xalqımızın iradə, birlik və əzm simvoluna çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi. Qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti sayəsində Cəbrayıl, Füzuli və ardınca Zəngilanın da azad olunması mümkün oldu. 18 oktyabrda Zəngilan istiqamətində hərbi əməliyyatlar başlanmış, 20 oktyabr 2020-ci ildə isə Prezident İlham Əliyev xalqımıza müraciət edərək Zəngilan şəhərinin, eləcə də Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin işğaldan azad edildiyini elan etmişdir. Bu xəbər xalqımız tərəfindən sonsuz qürur və sevinc hissi ilə qarşılandı. Zəngilan uğrunda döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin igid övladları xüsusi qəhrəmanlıq göstərdilər. Qazanılan bu zəfərlə Azərbaycan-İran sərhədi tam bərpa olundu, 132 kilometrlik sərhəd xətti yenidən dövlət nəzarətinə qaytarıldı. Zəngilanın azad olunması həm də strateji baxımdan böyük əhəmiyyət daşıyırdı — bu, Zəngəzur dəhlizinə açılan qapı, Qarabağla Naxçıvan arasında əlaqənin mühüm həlqəsi idi.

Azərbaycan dövlətinin hər bir qəhrəman övladına verdiyi yüksək qiymətin təcəssümü kimi, 26 noyabr 2020-ci ildə “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamı ilə Zəngilanın azadlığı uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 6974 hərbi qulluqçu bu medalla təltif edildi. Bu orden və medallar təkcə fərdi igidliyin deyil, bütöv xalqın birliyinin, Vətən sevgisinin və torpaq uğrunda mübarizəsinin simvoludur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi qərara alındı. Bu Sərəncama əsasən, 20 oktyabr “Zəngilan şəhəri günü” kimi qeyd olunur. Bu qərar həm Zəngilanın qəhrəmanlıq tarixinin yaşadılması, həm də azad olunmuş ərazilərimizin dövlətçilik salnaməsində xüsusi yerinin təsdiqi baxımından mühüm əhəmiyyət daşıyır. Zəngilanın azad edilməsi Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və Ali Baş Komandanın qətiyyətli iradəsini dünyaya nümayiş etdirdi. Bu Zəfər, eyni zamanda, uzun illər ədalətsizliyə məruz qalmış xalqın öz haqq səsini ədalət meydanında ucaltdığının sübutudur. Bu gün Zəngilan yalnız hərbi qələbənin deyil, həm də yeni həyatın başlanğıc nöqtəsinə çevrilib. Burada aparılan yenidənqurma, infrastruktur və sosial layihələr, “Böyük Qayıdış” proqramı çərçivəsində sakinlərin doğma yurdlarına qayıdışı Zəngilanın gələcəyinə inamı daha da möhkəmləndirir. Zəngilanın azadlığı xalqımızın iradəsinin, Ordumuzun gücünün, Prezident İlham Əliyevin sarsılmaz rəhbərliyinin və şəhidlərimizin müqəddəs qanının bəhrəsidir. 20 oktyabr – Zəngilan şəhəri günü Azərbaycanın müasir tarixində qürur, Vətən sevgisi və milli birliyin rəmzi kimi əbədi qalacaq. Bu gün Zəngilan torpağında dalğalanan üçrəngli bayraq, Azərbaycan xalqının əzmini, dövlətimizin suverenliyini və əbədi müstəqilliyini simvolizə edir. Zəngilanın azadlığı, azərbaycançılıq ideyalarının, milli birliyin və əbədi qardaşlığın ən parlaq təcəssümüdür.

Son xəbərlər

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Bütün xəbərlər